Salam, Elçin bəy. “Polis haqqında” Qanunun 17-ci maddəsinə (polis əməkdaşının ümumi hüquqları) əsasən, Üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının aşağıdakı hüquqları vardır: 1) hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək; 2) cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq; 3) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada cinayət və ya digər hüquqpozma törətmiş yaxud törədilməsində şübhələnilən şəxsi tutmaq;.... Həmin Qanunun 18-ci maddəsinə (ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının hüquqları) əsasən, İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır:1) inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək; .. 3) inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi baxış keçirmək, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq;..5) ictimai yerlərdə sərxoş vəziyyətdə olan və müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ya ətrafdakılara zərər yetirə bilən şəxsi xüsusi tibb müəssisələrinə gətirmək;…”
Bu maddələrdə göstərilən əsaslar olmada, yəni sizin hərəkətlərinizdə əsaslı şübhələr olmadan yoxlanılmanız qanunsuz hərəkətdir və buna görə siz yuxarı orqanlara və ya məhkəməyə müraiət edə bilərsiniz.
Ancaq məslətim budur ki, gecə saat 22-00dan sonra zərurət olmadıqca evinizdən kənarda olmayasınız. Zəmanəmiz onsuz da ağırdır. Belə çirkin niyyətli insanlara bəhanə verməyin.
Sizə uğurlar arzulayıram.
Hörmətlə.