Dollarla kreditə dair 8 sual.

« Əvvəlki səhifəyə geri dön
0
0

salam hormetli vekil.insanlara gosterdiyiniz pulsuz bu xidmete gore allah sizden razi olsun vaxtinizi serf edirsiz evellceden tewwekur edirem. kreditler haqqinda olan mektublari oxuyuram menimde dollar kreditim var. sizin cixiwinizada qulaq asdim. mulki mecelle kitabinda bezi maddeler deyirsiz hansilarki kredit gotureninde huquqlari oldugunu subut edir.1 ci sual. bes niye mehkemelerde bu qanunlar iwlemir? bir nece dost taniwimin mehkemesi olub hec birinde sizin sadaladiginiz maddeler iwlenmeyib. ancaq bankin xeyrine iw baglanir ve gedirler mehkeme icracisiyla daniwirlar ona elave hormet yeni ruwvet edirlerki ayliq odeniwi mumkun qeder az kessin. yeni bu uwe wablon qaydadi men bu gune kimi ne gormemiwem nede ewitmemiwemki borclu wexs mehkemeye muraciet ede ve onun dollar krediti odeniwi krediti goturduyu gunun mezennesinde teyin olunsun yeni 7850 aznle.2 sual. wexsen siz bu gune kimi krediti olan wexsin iwiyle bagli mehkemde iwtrak etmisiz, eger etmisizse sadaladiginiz mecelleleri mehkemede quvveye mindire bilmisiz yoxsa mehkeme oz bildiyi qerari verib? 3 sual.meselcun men banki mehkemeye vermek isteyirem ozume vekil tapiram sizi veya bawqasini, men mehkemenin dovlet rusumunu odemeliyem kredit borcunun 6-7 faizini sehf etmiremse.vekilin zehmet haqqi evvelden odenilir yoxsa mehkemeden sonra.4 cu sual.siz mulki mecelleler haqda daniwmiwdiz maddeleri sadaladiz ki dollar krediti vermek qanunsuzdur sora bawqa maddede dedizki kredit goturulen gunde olan mezzeneyle verilmeledi ve saire. indi gelin semimi daniwaq tutaqki siz mehkemedesiz ya menim veya bawqa wexsin,hakim sizin dediyiniz bu qanunlarin aleyhine bawqa bir madde cixara bilermi teki iwi bankin xeyrine baglasin. yeni mulki mecelle kitabinda sizin dediyiniz qanunlari quvveden sala bilen muwterinin ziyanina olan qanuni mecellesi varmi,ki hakimin elinde kozr ola biler. eger varsa zehmet olmasa yazin gorek o maddelerde ne deyilir.5 ci sual.eger mehkeme bankin xeyrine qerar verse kredit goturen apelyasiya mehkemesine wikayet etmekcun birde borcun 7 faizini odemeledi? yeni apelyasiya mehkemesinede odeniw etmek lazimdi? 6 ci sual eger apelyasiya mehkemeside o biri mehkemenin qerarini tesdiqlese sonraki merhele ne olacaq, beynelxalq mehkeme? orada tezeden eyni odeniw olunmalidi? 7 ci sual bu proseslerin hamisinda vekil elave odeniw isteyir yoxsa, yeni evellceden sizle daniwiriqki banki mehkemeye vermek isteyirem. sizle mueyyen meblegde pul daniwdiq. bu pul bir mehkeme ucundu yoxsa iw tam baglanana kimi vekil butun mehkemelerde iwtrak edecek yeni elave pul istemir. sonuncu sual. amma xahiw edirem tam semimi yazin. siz ohdenize goturduyunuz iwe 100 faiz zemanet verirsiz? sohbet kredit iwlerinen gedir. duzdu bilirem bizde mehkemeler mueyyen adamlarin oyuncagidi. amma neqederde olmasa tam ozbawinada deyiller.axirinci suala cavab yazsazda sagolun yazmasazda. allah komeyiniz olsun.

Marked as spam
humbet tərəfindən göndərilmişdir
16 Fevral 2016 04:01 dəqiqədə yazılıb.
1066 baxış
0
Məxfi cavab

Salam!

1.  Sual deyil. Fikrinizdir. Mövqe bildirmisiniz. Haqlısınız.

2. Bu işlər yenidir. Artıq 8 iş məhkəməyə verilib. Nəticələri barədə məlumat verəcəyəm.

3. Hüquqi xidmət haqqının ödənilməsi qaydası, yeri, vaxtı və məbləği tərəflər arasında şifahi və ya yazılı qaydada razılaşdırılır. Dövlət rüsumu haqqında yazdıqlarınız səhvdir. 6-7 faiz rüsum yoxdur.

4. Sualınız tam aydın deyil. MPM-nin 77.1-ci maddəsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” Hərə öz istədiyi maddi hüquq normasına istinad edir. Son qərar məhkəmənindir.

5.  Siz bu rəqəmləri haradan götürmüsünüz? Qanunda belə şeylər yoxdur.Hər məhkəmə instansiyası üçün dövlət rüsumu ödənilməlidir.

6. Ali Məhkəmə olacaq. Bəli.

7. Bu, tərəflərin razılaşmasına bağlıdır. 

8. Səmimi oluram. Xeyr, zəmanət vermirəm. MM-nin 777-ci maddəsinə əsasən,  “Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.”

Mən adamlara onları özüm kimi müdafiə edəcəyimə söz verə bilərəm, nəticəyə yox. Nəticə barədə yüz faiz söz verən istənilən vəkil səhv etmişdir. Məhkəmələrimizin vəziyyəti dünyaya bəllidir.

 

P.S. “Dövlət rüsumu haqqında” Qanunun 8-9-cu maddələrini diqqətlə oxuyun:

Maddə 8. Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövləi rüsumunun dərəcələri

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

 

Dövlət rüsumunun məbləği

8.1. Məhkəməyə verilən iddia ərizələrindən:

 

8.1.1. iddia qiyməti 500 manatadək olduqda

20 manat

8.1.2. iddia qiyməti 500 manatdan çox olduqda

30 manat

8.2. İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrindən:

 

8.2.1. iddia qiyməti ilə bağlı olduqda

bu qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumu

8.2.2. hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən

10 manat

8.3. Məhkəmə əmri haqqında ərizələrdən

20 manat

8.4. Apellyasiya və kassasiya şikayətlərindən:

 

8.4.1. birinci instansiya məhkəməsinə müraciət edilərkən;

bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi

 8.4.2. iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən

20 manat

8.4.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr üzrə iddia ərizələrindən

10 manat

8.4.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanları tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən

40 manat

8.4.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla, mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia ərizələrindən

10 manat

8.4.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi, hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən

10 manat

8.4.7. vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən

10 manat

8.4.8. məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə

10 manat

8.4.9. nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən

20 manat

8.4.10. nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə

40 manat

8.4.11. yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən

10 manat

8.4.12. müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən

10 manat

8.4.13. qanunda nəzərdə tutulan müqavilələr üzrə mübahisələrə dair və yaxud tərəflərin razılığı ilə mübahisənin inzibati-iqtisadi məhkəmənin həllinə verilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən

20 manat

8.4.14. ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin mühafizəsi ilə bağlı ərizə və şikayətlərdən

30 manat[23]

 

Maddə 9. Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar:

9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar;

9.1.2. aliment alınması barədə iddialar üzrə – iddiaçılar;

9.1.3. şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar;

9.1.4. müəlliflik mübahisələri üzrə – müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə – iddiaçılar;

9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə – iddiaçılar;

9.1.6. zərərçəkənə və ya onun ailə üzvlərinə ödənilmiş müavinət və ya pensiya məbləğinin zərər vurandan tutulması barədə reqres iddialar üzrə – sosial sığorta orqanları və əhalinin sosial müdafiə mərkəzləri;

9.1.7. sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə – sosial təminat orqanları;

9.1.8. borcludan tutulmalı olan, lakin borc tutan şəxsin hesabına keçirilməyən məbləğə görə iddialar üzrə – iddiaçılar;

9.1.9. cinayət nəticəsində dövlətə vurulmuş maddi zərərin ödənilməsi barədə prokuror tərəfindən verilən iddialar üzrə – iddiaçılar;

9.1.10. aliment verməkdən, şikəst etmə və ya səhəti sair şəkildə zədələnmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyanı ödəməkdən, vergilərin və digər məcburi ödəmələrin tutulmasından boyun qaçıran şəxslərin axtarışı ilə əlaqədar xərclərin tələb olunması üzrə – polis orqanları;

9.1.11. cinayət işləri və aliment işləri ilə əlaqədar olaraq vətəndaşlara, müəssisələrə və təşkilatlara sənədlər (arayışlar) verilməsi üçün – vətəndaş, müəssisə, idarə və təşkilatlar;

9.1.12. inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər;

9.1.13. qanunsuz olaraq qəti imkann tədbiri kimi həbsə alınmaqla, yaxud həbs və ya islah işləri növündə qanunsuz olaraq inzibati tənbeh verilməsi ilə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar mübahisələr üzrə – tərəflər;

9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə – büdcə təşkilatları, bələdiyyələr; [24]

9.1.15. başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə – dövlət orqanları;

9.1.16. öz hüquqlarının müdafiəsi barədə ərizələr üzrə – yetkinlik yaşına çatmayanlar;

9.1.17. məhkəmə qərardadlarından verilən şikayətlər üzrə – işdə iştirak edən şəxslər;

9.1.18. qiyabi icraat qaydasında qəbul edilmiş qərarlara yenidən baxılması haqqında birinci instansiya məhkəmələrinə verilən ərizələr üzrə – tərəflər;

9.1.19. yeni açılmış hallara görə qanuni qüvvəye minmiş məhkəmə aktlarına yenidən baxılması üçün verilmiş ərizələr üzrə – tərəflər;

9.1.20. məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

9.1.21. Hüquqi şəxsin təqsiri üzündən icra sənədi üzrə borcludan tutulmalı olan məbləğin tutulmamasına görə ona qarşı iddialar üzrə – tələbkar;

9.1.22. İcra üzrə icraat zamanı borclunun və ya onun əmlakının tapılması ilə əlaqədar elan olunmuş axtarış üzrə xərcləri ödəməkdən borclu imtina etdikdə və ya yayındıqda, tələbkar tərəfindən çəkilmiş xərclərin əvəzinin ödənilməsi barədə iddialar üzrə – tələbkar. [25]  

9.2. Məhkəmə aktlarının surəti işdə iştirak edən şəxslərə dövlət rüsumu alınmadan verilir. Məhkəmə aktları takrarən verildikdə dövlət rüsumu alınır.

9.3. Məhkəmədə təkrar verilmiş iddialar üzrə dövlət rüsumu yenidən ümumi qaydada alınır.

 

9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

 

Uğurlar Sizə. Hörmətlə.

 

 

 

 

 

 

 

 

 

 

 

 

s

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
16 Fevral 2016 23:21 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön