Qeydiyyatdan çıxartma

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam,

Hal hazırda yaşadığım mənzili 2006-cı ildə satın almış, atamın adına salmışıq. Mülkiyyət hüququ atama (etibarnamə ilə mənə) aid olan mənzildə heç kim qeydiyyatda olmasına baxmayaraq elektron sistemdə əlavə 5 nəfər qeydiyyatda görsənir. Bunlardan biri 2003, digərləri isə 2010-cu il tarixində qeydiyyata düşüblər. Ən əsası mən bu şəxsləri tanımıram.

İndi satmaq istəyirəm lakin tanımadığım bu şəxslər qeydiyyatda görsənir.

Sizdən xahişim hansı yolu izləməli olduğumu mənə bildirəsiniz.

Öncədən təşəkkür edirəm.

Əlavə qeyd olaraq onu bildirim ki, rayon polis idarəsi qeydiyyat şöbəsinə müraciət etmişəm, ərizə ilə rayon polis idarəsinə müraciət etmişəm.

Marked as spam
Uğur Mahmudov tərəfindən göndərilmişdir
23 Noyabr 2018 11:51 dəqiqədə yazılıb.
189 baxış
« Əvvəlki səhifəyə geri dön