Kredit mənim adıma rəsmiləşdirilsə də… Nə edim?

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban bəy, mən sizi çıxışlarınızı izləyirəm. Bildirəm ki, siz həm də tanınmış hüquq işçisisiniz. Mən bank krediti ilə bağlı sizi narahat edirəm. Kredit mənim adıma alınıb. Belə ki, mən müəlliməm. Bir qohumum şəhərdə yaşayan biri 2013-cü ildə mart ayında dəfələrlə xahiş etdi məndən zamin durmağımı, mən razı olmadım. Mən sizə səmimi səkildə etiraf edirəm öz sadəlövhlüyümdən oldu. Atam bərk xəstələndi, Düşündüm ki, insandır bir yaxşılıq etdim. Atabank Xaçmaz flialına gəldim onunla xanımı alırdı mən də zamin durdum. Xanımı da hərbi komissarlıqda kargüzar işləyirdi. Dedim indi arenda magaza da işlədir. Xanımı da maaş alır, ödəyəcəklər. Mənimlə açığı heç bir söhbət olunmadı bankda özü çıxdı bankın müdirinin yanına sonra düşüb kassadan da pulunu götürdü.Mən də çöldə gözlədim. Çöldə mənə dedi ki bəs sənin adına götürdüm, yoldaşım da zamin, ona 3500 dən artıq vermirdilər, bəs 4500 götürdüm, 500 manat da müdirə şapka verdim ki, buna göz yumsun. Mən istədim girib içəri qol çəkdiyim sənədləri cırım atım. Yalvardı ki, 3-6 aya bağlayacam satılıq torpağım var. Doğurdan da satılıq torpağı vardı. Onu satıb öz işlərin həll etdi. Amma bu pulu bağlamadı. 2014-un dekabrına qədər səs soraq çıxmadı Yəni ödəyirdi.Dekabrın axırında mənə zəng gəlməyə başladı. Mən bu şəxsə banka da dedim ki, bu fırıldağı siz birgə etmisiniz. Xahiş edirəm məni narahat etməyin. Bankdan pul alan şəxsi də xanımın da gətirdim banka dedim ki alın bu şəxslərin evi var satır kupcasını sənədləşdirin razı olmadılar. Biz bilirik dedilər o alıb sənəddə sizin adınız gedir. 2014-cü ili də pul tapıb bağladılar. İndi 2015-ci ildən yanvardan 1 manat da pul ödəmir. Məni də narahat edəndə 2-3 dəfə mən hüquqşqnasa oranın bankın əməkdaşına sizə danışdığım kimi olduğu kimi danışmışam. Krediti alan şəxs də mənə evin kupcasını verib 2-3 ay mohlet isteyib ki evi kiraye vermisem alıb odeyecem. Əks təqdirdə evin sənədlərini mənim adıma keçirəcək.Bank özü də hələ ki məhkəməyə verməyib uzun müddət pul odəmədiyinə baxmayaraq. Qurban bəy, Vallah artıq dərəcədə üzr istəyirəm. Mən aldanmışam. Mən ləyaqətli vicdanlı insanam, aldanmışam. Nə edim? Ürəyim indi də səksəkədədir ki, vicdznsız fırıldaq adamların əvəzinə məni məhkəməyə çəkəcəklər. İndi mən bu durumda nə etməliyəm? Bankın kassasından da bu pulu mənə verməyiblər. Ailəliyəm, iki azyaşlı övladım var. Mən sizə inanıram, sizin hüquqşünas kimi fikrinizi bilmək istərdim.

Marked as spam
Tarlan Dadasov tərəfindən göndərilmişdir
29 Fevral 2016 18:10 dəqiqədə yazılıb.
432 baxış
« Əvvəlki səhifəyə geri dön