♥ 0 |
Salam. Qurban müəllim xahiş edirəm bir məsələyə də açıqlama verəsiniz. Sizə yazmışdım ki, qanuni istifadəmizə verilən torpaq sahəsinə bitişik, eyni hasarın daxilində olan əlavə (zəbt olunmuş) torpaq sahəsi artıq 30 ildir sahibkarlıq fəaliyyəti üçün istifadəmizdədir. Həmin (zəbt olunuş) torpaq sahəsini icarəyə götürmək istəyirəm. Qeyd etmişdiniz ki, bələdiyyəyə müraciət etməklə icarəyə götürə bilərsiniz. Bələdiyyəyə müraciət etdim. Bildirirlər ki, icarəyə götürmək də hərrac yolu ilə olmalıdır. Mənim bildiyimə görə və sizin məlumatınızdan başa düşdüyümə görə sözü gedən torpaq səhəsi uzun müddətdir bizim istifadəmizdə olduğu üçün bizə hərracdan kənar icarəyə verilməlidir. Əgər biz torpağın istifadəsindən imtina edəriksə ondan sonra hərracla digərinə icarəyə və ya mülkiyyətə verilə bilər. Xahiş edirəm məlumatlandırasınız ki, mən düz qeyd edirəm yoxsa bələdiyyə qeyd etdiyi kimi həmin torpaq sahəsi mənə də hərracla icarəyə verilməlidir? Minətdaram Tam cavablandırıldı.
Marked as spam
|
Torpaq icarəsi2
« Əvvəlki səhifəyə geri dön