TORPAQ SAHƏSİNDƏN İSTİFADƏ HAQQIDA

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Aleyku Qurban muellim, hüquqi şəxsin xüsusi mülkiyetde olan və cəmi 500 kv metr təşkil edən (hasarlanmış) torpaq sahəsinin üst qatını tam olaraq 8-10 sm hündürlükdə beton tökülməsi qanun ilə qadağan edilmir? Belə bir iş görmək üçün İcra Hakimiyyətindən icazə almaq lazımdırmi? Məqsəd: həmən sahədə müxtəlif növdə texnikaları saxlamaq üçün istifadə etmək. Əvvəlcədən təşəkkür edirəm.

Tam cavablandırıldı.
Marked as spam
Emin tərəfindən göndərilmişdir
12 Fevral 2018 22:21 dəqiqədə yazılıb.
141 baxış
0
Məxfi cavab

Salam, Emin bəy.

Sualınızın dəqiq cavabı torpağın təyinatından asılıdır.

Təbii ki, torpaq sahəsi əkinə, kənd təsərrüfatına yararlı deyilsə, məhz obyekt tikintisi məqsədilə alınıbsa, dediyinizi edə bilərsiniz. Bununçün icazə tələb edilmir.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
14 Fevral 2018 01:24 radələrində cavablandırılıb

Qurban muellim, çıxarılışda ”Yaşayış məntəqələrinin torpaqları” yazılıb, Həyətyani, Xüsusi, Mülkiyyət yazılıb. Təşəkkür edirəm.

(Emin at 14 Fevral 2018 19:21)