Torpaq sahəsindən istifadə haqqıda

« Əvvəlki səhifəyə geri dön
0
0

Hormetli Qurban bəy, Size 3 sualim var.
1. «Tikinti» işlərinin aparılması anlayışını açıqlayan, xarakterizə edən hansı maddəni oxuyaraq anlamaq olar? Yəni «TİKİNTİ» nə deməkdir?
2. Hüquqi şəxs xüsusi mulkiyyətini hasardan hasara, yəni bütün ərazisinin üstunu, altına dəmir turba qoymaq ilə, yüngül dəmir örtüklərdən istifadə edərək bağlayarsa (NAVES) bu hall tikinti aparilma halı kimi sayılırmı?
3. Hüquqi şəxs qanuni ərazisində 2-ci sualda yazılan işləri həyata keçirmək üçün hansısa idarədən icazə almalıdırmı? (Əlbətdə yükün saxlanılması üçün Vergilər Nazirliyindən müvafiq obyekt kodu alınacaqdır, yəni Vergilər Nazirliyindən başqa)
Məqsədimiz hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsindən müvəqqəti yükün saxlanılması üçün istifadə etməsidir. Lakin yükün saxlanılması üçün üstu bağlanmalıdır ki, qar, yağış, külək və günəş yükə fiziki zərər vurmasın. Özəlliklə qeyd edirem ki, hemən ərazidə su, qaz, elektrik istifadədi olmayacaq.

Tam cavablandırıldı.
Marked as spam
Emin tərəfindən göndərilmişdir
06 Fevral 2018 14:49 dəqiqədə yazılıb.
195 baxış