Hörmətli, Cəmil bəy! !
“Ünvanlı dövlət sosial yardımı haqqında” AR qanununun 1.0.5-ci yarımmaddəsinə əsasən, “ aztəminatlı ailə dedikdə, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə” başa düşülür.
Qanunverici orqan hər il üçün ehtiyac meyarının müəyyənləşirilməsi haqqında qanun qəbul edir. “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” AR-nın 20 oktyabr 2015-ci il tarixli Qanununa əsasən, “ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilmişdir”.
“Ünvanlı dövlət sosial yardımı haqqında” AR qanununun 3-cü maddəsinə (sosial yardım almaq hüququ olan ailələr) əsasən, “sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər”.
Həmin qanunun 6-cı maddəsinə (sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi) əsasən isə, “6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.”
Beləliklə də, oğlunuza imtina edilməsi tamamilə qanunsuzdur. Oğlunuz və uşaqları harada qeydiyyatdadırlarsa, oradan da ala bilərlər. Həyat yoldaşının qeydiyyatda olduğu yerdə də ala bilərlər. Sadəcə, nəzərə almaq lazımdır ki, hər ailə yalnız bir yerdən ünvanlı dövlət sosial yardım ala bilər.
2. Əgər oğlunuzun hüququnun pozulması davam edərsə, hörmətli nazirimiz cənab Səlim Müslümova müraciət edin. Nəticə olmasa (ümid edirəm ki, olar), məhkəməyə müraciət edə bilərsiniz.
3. Çətinliyiniz olarsa, etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə etməyiniz məsləhətdir.
Uğurlar. Hörmətlə.
Cavaba görə təşəkkür edirəm, Qurban bəy!