Uşaqla görüş

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəllim,

 

Mən 2010-cu ildə yoldaşımdan boşanmışam. 2008-ci il təvəllüdlü oğlum var. Məhkəmə uşaqla görüş qərarı çıxarsa da onlar uşağı göstərmək istəmirlər. Görüş hər şənbə günü saat 14.00-16.00 arasıdır.  Hər dəfə onları uşağı göstərməmək üçün min bir bəhanə axtarırlar. İndi də deyirlər ki, uşaq görüşmək istəmir. Uşaqla özüm də danışdım, icraçı da… Uşaq mənimlə görüşmək istəmir. Bəllidir ki, uşağı öyrədiblər. İcraçı anasını çağırıb izahat alıb. Deyib ki, mən görüşdürmək istəyirəm, uşaq görüşmək istəmir. Mənə icraçı deyir ki, uşağı zorla gətirib ona travma vermək olmaz psixoloq tutmaq lazımdır. Mən də dedim ki, uşağa psixoloq yaxındır yoxsa anası? Mən pul verim psixoloq tutum anası da öyrətsin evdə! Mən dedim ki, qoy hər həftə uşağı gətirsin görüş yerinə və uşaq da üzümə desin ki, görüşmək istəmir.

Sualım belədir ki, mənim uşaqla görüşümdə tərəflərin məsuliyyəti nədir? Anası uşağı gətirmək istəməyi  yetərlidir? Yoxsa uşağa tərbiyə verib atası ilə görüşməyini təmin etmək borcu da var mı? Bu məsələləri xahiş edirəm ki, geniş açıqlayasınız.

 

Ramil Abbasov

Marked as spam
Ramil Abbasov tərəfindən göndərilmişdir
30 Dekabr 2016 11:50 dəqiqədə yazılıb.
8220 baxış
« Əvvəlki səhifəyə geri dön