Yolun eni qonşu tərəfindən azaldılıb

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban bəy.Mən bələdiyyənin ayırdığı torpaq sahəsində ev tikmişəm.Ancaq tikintiyə başlamazdan əvvəl verilən layihədə torpaq sahəmə gedən yolun eni miqyasla 8 metr olmalı halda qonşu tərəfindən zəbt olunaraq cəmi 4 metr qaldığıni gördüm.Qonşuya müraciət edib mehriban tərzdə iradımı bildirdim.O da mənə yolu açacağını,problemin olmayacağını bildirdi.Evi tikib qurtardıqdan sonra isə fikrini dəyişdi.Uzun müddət bələdiyyəyə təzyiq göstərdim.Onlar gah həmin adamla görüşdülər,gah dəvət elədilər.Sonda artıq çarə qalmadığını məhkəməyə verəcəklərini bildirdilər.Ancaq mənim də yola girdiyimi iddia etdilər.Mən problemin olmadığını,məhkəmənin mənim yola girdiyimi sübut edəcəkləri halda səhvi düzəldəcəyimi bildirdim.Bizə bildirişlər gəldi ki,sənədləri təqdim edək.Mən verdim,amma o adam yox.Bələdiyyə isə artıq əllərində səlahiyyət olmadığını,yolun hansısa qırmızı xətt olduğunu bildirərək məhkəməyə müraciət etməkdən vaz keçdilər.Bütün vəkillər isə yolun bələdiyyə mülkiyyəti olduğuna görə məhkəməyə müraciət edəcəyim halda uduzacağımı bildirirlər.Belə olan halda verdiyi sənədlə əslində mənim qarşımda 8 metr yol öhdəliyi götürən bələdiyyəni məhkəməyə verməli,yoxsa nə etməliyəm.Xahiş edirəm mənə kömək edəsiniz

Tam cavablandırıldı.
Marked as spam
Elshan Shirinov tərəfindən göndərilmişdir
30 Yanvar 2018 12:20 dəqiqədə yazılıb.
222 baxış

Salam, Elşən bəy.

1.Siz qonşunu məhkəməyə verib zəbt etdiyi yolu boşaltmasını tələb edə bilərsiniz.

2. Vəkillərdən kim sizə o sözü deyibsə, deməli, vəkil deyil.

3.Əslində, siz bələdiyyəni də İnzibati-İqtisadi Məhkəməyə verib öz vəzifələrini, yəni yolun qanunsuz zəbtdən xilas edilməsi üçün qanuni tədbirlər görməsini tələb edə bilərsiniz. Ya da qonşunu ”cavabdeh”, bələdiyyəni isə ”müstəqil tələb irəli sürməyən üçüncü şəxs” kimi məhkəməyə verə bilərsiniz.

Hörmətlə.

(Qurban Məmmədov at 31 Yanvar 2018 10:38)
Qurban bəy,bu yolların ən perspektivlisi və asanı hansıdır?Mən vəkil tələb etməklə lazım olan keyfiyyətdə vəkillə təmin olunacammı?Yəqin ki,ətraf rayonlardan olan bir vəkil təyin olunacaq ki,onların da böyük əksəriyyəti məhkəməyə bilavasitə qonşunu verəcəyim halda işi uduzacağımı artıq mənə deyiblər.Artıq 3 vəkil bunu deyib.Bir qeyd də əlavə edim ki,qonşum çox güman ki,korrupsiyaya qarşı mübarizə idarəsində işləyən oğluna güvənir Təşəkkür etməyi unutdum)Çox sağ olun
(Elshan Shirinov at 31 Yanvar 2018 15:00)