Salam, Orxan bəy! Suala görə təşəkkürlər.Çünki son vaxtlar belə hallar artıb, başqa vətəndaşlarımız da bu sualın cavabından yararlana bilərlər!
Cavab: Öncə, Siz əmək haqqınızdan tutmanın rəsmi əsası barədə məlumat alın. Öyrənin ki, hansı icra sənədinə görə bunu edirlər. Sizin həmin icra sənədinin əsası barədə məlumat aldığınız vaxtdan 1 ay müddətində apellyasiya şikayəti vermək hüququnuz var
“Dövlət rüsumu haqqında” Qanunun 8-ci (məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövləi rüsumunun dərəcələri) maddəsinə əsasən,
8.1. Məhkəməyə verilən iddia ərizələrindən:
|
|
8.1.1. iddia qiyməti 500 manatadək olduqda
|
20 manat
|
8.1.2. iddia qiyməti 500 manatdan çox olduqda
|
30 manat
|
8.2. İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrindən:
|
|
8.2.1. iddia qiyməti ilə bağlı olduqda
|
bu qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumu
|
8.2.2. hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən
|
10 manat
|
8.3. Məhkəmə əmri haqqında ərizələrdən
|
20 manat
|
8.4. Apellyasiya və kassasiya şikayətlərindən:
|
|
8.4.1. birinci instansiya məhkəməsinə müraciət edilərkən;
|
bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi
|
Siz tutmanın əsasını öyrənəndən sonra yuxarıdakı cədvəl üzrə dövlət rüsumunu ödəyərsiniz.
Uğurlar! Çətinliyiniz olsa, etibar etdiyniz bir hüquqşünasın köməyindən istifadə edin.