Zaminlik haqqında.

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Men türk vetendaşına zamin durmuşam(7000 azn) Hemin insan Azerbaycanı terk edib. Bu dövlet Banka borcu olan bir insanı serhedden nece buraxa biler. Mene bu işde yardımçı olun. Her ay menim maaş kartımdan pul çıxılır. Amma diger iki zamin işlemediyinden bütün yük menim üzerime düşür.

Marked as spam
Emin Aliyarov tərəfindən göndərilmişdir
20 Yanvar 2016 08:02 dəqiqədə yazılıb.
1008 baxış
0
Məxfi cavab

Salam, Emin bəy!

1. Sadəcə, bankdan kredit götürdüyünə görə şəxsin xaricə çıxışına qadağa qoyula bilməz. Bununçün məhkəmə və sair orqanların rəsmi qərarı lazımdır. Yəni, rəsmi qərarla müəyyən edilməlidir ki, şəxs problemlidir, kiməsə borcu var və s.

2. Siz zamin duranda səhv etmisiniz, indi də öz səhvinizin altını çəkirsiniz. Bunu normal qəbul etməlisiniz və gələcək üçün dərslər çıxarmalısınız.

3.Siz də həmin Türkiyə vətəndaşına qarşı iddia qaldıra bilərsiniz. Mülki Məcəllənin  475-ci maddəsinə (öhdəliyi icra etmiş zaminin hüquqları) əsasən, 

475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.

475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.

 

4.  MM-nin  472-ci maddəsinə (zaminin məsuliyyəti) əsasən, 

 

472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.”

Bu maddədəki “birgə məsuliyyət” o deməkdir ki, borclu borcunu ödəyənə qədər Siz də zamin kimi həmin borcun ödənilməsində iştirak etməlisiniz. Ziyanınızı isə, yuxarıda qeyd etdiyim kimi, borcludan tələb edə bilərsiniz.

 

5. Əmək haqqınızdan tutmanın rəsmi əsası nədir? Hansı qərarla bu edilir? Bunu bilməyimiz vacibdir. Çünki həmin qərardan şikayət hüququnuz var. Bunu da bilməyiniz vacibdir ki, borc zaminə o halda yönəldilə bilər ki, borcludan həmin borc obyektiv səbəblərdən alına bilməsin.

 

6. Digər zaminlərin işləyib-işləməmələrinin bu məsələdə önəmi yoxdur. Onlar da bu prosesə cəlb edilməlidirlər. 

 

7. Çətinliyiniz olsa, etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edin. Hüquqi yardıma görə çəkəcəyiniz xərc Sizi daha böyük ziyanlardan xilas edər.

 

Uğurlar.

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
21 Yanvar 2016 01:15 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön