“Eurovision 2012″ müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya TELEQRAM

Paylaşın

“Eurovision 2012″ müsabiqəsinin                                                    Təşkilat Komitəsinin sədri

 Mehriban xanım Əliyevaya

 

TELEQRAM

 

Çox hörmətli Mehriban xanım!

Türkiyəli iş adamı Mehmet Okurun T.Bəhramov adına Respublika Stadionunun yaxınlığında qurduğu, ümumi sahəsi 4800 kv.m olan 5 ədəd mini furbol stadionunun rəhbərlik etdiyiniz Komitənin üzvü – Gənclər və İdman Naziri Azad Rəhimovun göstərişi ilə qanunsuz dağıdılması nəticəsində dəymiş ziyanın aradan qaldırılması barədə Sizə yazdığım 04 aprel 2012-ci il tarixli ərizə Nərimanov Rayon İcra Hakimiyyətinə göndərilmiş, sonuncu isə öz işini, formal cavab məktubu yazmaqla bitmiş hesab etmişdir.

Bir daha diqqətinizə çatdırıram ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan, 2027-ci ilədək qüvvədə olan icarə müqaviləsi əsasında Mehmet Okur tərəfindən yaradılmış, dəyəri 1 200 000 (bir milyon iki yüz min) manatdan artıq olan 5 ədəd mini futbol stadionunun bütün qurğuları və ləvazimatları, eləcə də, Mehmet Okurun şəxsi əmlakı dağıdılaraq yararsız hala salınmışdır.

Bütün bu proseslər audio və video lentə alınaraq tərəfimdən saxlanılmaqdadır. Bu qanunsuz hərəkətlər nəticəsində Mehmet Okura dəymiş ziyan 1 200 000 (bir milyon iki yüz min) manat həcmindədir. Bu mübahisənin məhkəmə yolu ilə həllinin dövlətimizə, hörmətli prezidentimizə, “Eurovision 2012″ müsabiqəsinin Təşkilat Komitəsinə və şəxsən Sizə hörmət gətirməyəcəyini nəzərə alaraq, problemin dostcasına həllinə yardımçı olmağınızı xahiş edirəm.

 

Sizə hörmət və ehtiramla,

 

Məmmədov Qurban Cəlal oğlu

“Çalxan” MMC hüquq firmasının direktoru

Ünvanı: Бакы шящяри, Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8

Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-08

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir