FORUM

You need to log in to create posts and topics.

İcarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və hərraca getməzdən əvvəl icarəçiyə təklif edilməsi.

Salam, icazə verin belə bir imkanı bizlərə yaratdığınız üçün sizə dərin minnətdarlığımı bildirim. Dəyərli vaxtınızı bizim kimi məlumatsız vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün çalışmağınız çox təqdirə layiq haldır.

Biz Bələdiyyənin ehtiyyat fondundan dövlət aktı ilə icarəyə torpaq götürmüşük, icarə vaxtımız isə 2019 aprel ayında bitir. Təzəlikcə (oktyabr 2018) Yerli bələdiyyə ilə 11 aylıq Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlayıb aylıq ödənişlərini əvvəlcədən ödəmişik. Yerli bələdiyyə isə bizimlə bağladığı sonuncu müqavilənin yerli İH tərəfindən onlara olanan göstərişə (guya) əsasən ləğv etmək və istifadə hüququmuzu 2019 aprel ayında bitirmək istəyir. Suallarım bunlardır:
1) 2019 aprel ayında vaxtı bitən müqavilə ilə yeni bağlanılan müqavilə eyni rəsmiyyət daşıyır mı?
2) İcarə müqaviləsinin vaxtı bitdikdən sonra hərraca getməzdən əvvəl torpaq sahəsinin keyfiyyətini artırmaq üçün çəkdiyimiz xərclər nəzərə alınaraq qanunla ilk bizə təklif olunmalıdır mı?

Hörmətlə Paşayevlər ailəsi