FORUM

You need to log in to create posts and topics.

İpoteka krediti nədir?

Elə düşünürsünüz ki, ipoteka sadəcə yeni mənzil almaq üçün puldur? Bu heç də belə deyil. İpoteka anlayışı düşündüyünüzdən daha genişdir.

İpoteka – sizin daşınmaz əmlakı girov qoymaq müqabilində əldə etdiyiniz pullardır. Amma əsasən ipoteka krediti yeni yaşayış evi və ya mənzil almaq üçün rəsmiləşdirilir. Buna baxmayaraq, əcnəbi praktikada digər ehtiyaclar üçün də ipoteka rəsmiləşdirilməsi halları mövcuddur. Bu, istənilən növ məhsulun alınması və xidmətin ödənməsi də ola bilər.

Məsələnin tarixi

İpoteka anlayışı Qədim Yunanıstanda meydana gəlmişdir. Belə güman edilir ki, e.ə. VI əsrdə müxtəlif sənədlərdə borc götürənlər tərəfindən girov qoyulmuş ərazilər ilə bağlı informasiyanın əks oldunduğu sütunlar ipoteka termini ilə adlanırdı. Həmçinin öhdəliklərin yerini yetirilməsini təmin etmək üçün daşınmaz əmlakın girov götürülməsi qaydası Qədim Misirdə də tətbiq edilib. Həmin dövrdə isə ipoteka dedikdə daşınmaz əmlakı (mənzil, fərdi yaşayış evi, torpaq sahəsi, qaraj və s) girov qoymaqla bankdan alınan kredit başa düşülürdü.

Kreditin əsas xüsusiyyətləri

Bir çoxları hesab edir ki, ipoteka krediti yalnızca mənzil almaq məqsədi ilə verilir və Azərbaycanda bu həqiqətən belədir. Amma xarici praktikada evi girov qoymaq müqabilində alınan kredit ilə digər ehtiyacları da qarşılamaq olar: təhsil haqqı ödənişi,  müalicə və s.  Əgər siz banka girov qismində istənilən bir daşınmaz əmlakı təqdim edə bilirsinizsə, bu artıq ipoteka sayılır.

Kreditin detalları

İpoteka, əsasən, uzunmüddətli olur. Bir qayda olaraq, banklar bu kredit üzrə ən aşağı faiz dərəcəsi təklif edirlər. Kreditin rəsmiləşdirilməsi üçün sizin gəlirləriniz olduqca yüksək olmalıdır və siz onları rəsmi şəkildə təsdiq etməyi bacarmalısınız. Kredit üzrə aylıq ödənişlər sizin gəlirlərinizin 40%-dən çoxunu təşkil etməli deyil. Kredit tarixçəsi mənfi olan insanlara bank tərəfindən imtina cavabının verilməsi ehtimalları yüksəkdir.