FORUM

You need to log in to create posts and topics.

Sənədlər və rüsum haqqında

Zəruri olan sənədlərin siyahısı:

  1. Övladlığa götürənlərin birgə ərizəsi və ya onlardan birinin ərizəsi ;
  2. Övladlığa götürənlərin şəxsiyyətini təsdiq edən sənədlər;
  3. Övladlığa götürmə haqqında məhkəmə qətnaməsi;
  4. Övladlığa götürülmüş uşağın doğum haqqında şəhadətnaməsi.

İştirak etməli olan şəxslərin siyahısı:

  1. Övladlığa götürən-kişi və ya qadın;
  2. Övladlığa götürənlər-kişi və qadın;
  3. Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

Dövlət rüsumunun məbləği:

Övladlığa götürülmənin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.