HAQQIMIZDA

“Çalxan” MMC (Hüquq Firması) Azərbaycan Respublikasının qanunvericiliyini ətraflı bilən, yerli adət və ənənələrə, eləcə də işgüzar münasibətlərə dərindən bələd olan hüquqşünaslar vasitəsi ilə,  bütün fiziki və hüquqi şəxslərin (Azərbaycanda və xaricdə fəaliyyət göstərməyindən asılı olmayaraq)  hüquqi problemlərini peşəkarcasına həll etmək üçün lazımi imkanlara malikdir.

Əgər sizə yüksək keyfiyyətli hüquqi xidmət lazımdırsa, bizə müraciət etməkdə səhv etməmisiniz.

Bizimlə işləmək sizin üçün niyə faydalıdır?

 

  • LawyersManagement-230x276Biz tam müstəqilik. Heç bir dövlət orqanına və sair qurumlara tabe deyilik.  İşimizlə bağlı heç kimə hesabat vermirik. Qarşısında məsuliyyət hiss etdiyimiz və məsuliyyət daşıdığımız, hesabat verməyə özümüzü borclu bildiyimiz yeganə subyekt yalnız Sizsiniz–bizim dəyərli müştərilərimiz.
  • Biz sizin hüquqlarınızı öz doğmalarımız kimi qoruyuruq, çünki devizimiz belədir: halal qazan, halal ye!
  • Göstərdiyimiz xidmətin haqqını, sizin maddi imkanlarınıza uyğunlaşdırırıq və ödəmə şərtlərini də, sizin imkanlarınıza uyğun müəyyən edirik.
  • Bütün müştərilərimizin problemlərinə eyni qaydada ciddi  yanaşır, gördüyümüz işlər barədə şəxsən sizə məlumat və hesabat verir, ya da www.calxanhuquq.com saytı vasitəsi ilə, apardığımız işləri izləmənizə sizə şərait yaradırıq. Sizinlə razılaşdırmadan heç bir addım atmırıq.   Ancaq yalnız Sizin mənafeyiniz tələb etdikdə də risk etməyi və bunun nəticələrinə qatlaşmağı da bacarırıq.
  • Müştərilərimizin bizə verdiyi məlumatların gizli saxlanılacağına və sir kimi qorunacağına   tam təminat veririk;
  • Biz ailə nümayəndəsi (ailə vəkili) kimi bizimlə uzun müddətli əməkdaşlıq edənlərə güzəştli qiymətlər təklif edirik.
  • Bizə sutkanın 24 saatı ərzində telefon edib köməyə çağıra bilərsiniz (050-200-66-10), çünki biz bununçün varıq.
  • Biz yalnız sizin bildiyiniz problemlərinizin yox, həm də hüquqi baxımdan sizə məlum və aydın olmayan problemlərinizin həllində sizə yardım edirik.
  • Sizə göstərdiyimiz xidmətdən şərəf duyur, fəxr edirik.
  • Sizin üçün rahat və əlverişli ünvanda: Bakı şəhəri, Nərimanov rayonu, (Montin, “Veteranlar Parkı”nın yanında) M.Nağıyev küçəsi, 1927-ci məhəllədə, yeni 15 mərtəbəli binanın birinci mərtəbəsində  yerləşən ofisimizdə xidmət göstəririk. Ofisimizin qarşısında maşınlarınızı saxlamağa yer kifayət qədərdir.

Qurban Məmmədov

Hüquqşünas