“İcra vərəqi üzrə icraatın dayandırılması barədə” ƏRİZƏ Xətai Rayon İcra Şöbəsinin icra məmuru Siyavuş Beydullayev cənablarına

Paylaşın

Xətai Rayon İcra Şöbəsinin icra məmuru  

Siyavuş Beydullayev cənablarına

 

Borclu: Vəlicanov Ağabala Vəlican oğlu

Ünvanı: Bakı şəh., Xudu Məmmədov küç., ev-20, mən.-36

XAHİŞ: “İcra vərəqi üzrə icraatın dayandırılması barədə”

 

ƏRİZƏ

 

Hörmətli S.Beydullayev!

Sizin “İcraata başlamaq haqqında” 23 yanvar 2-12-ci il tarixli qərarınızla, icra sənədini icra etməyimin mənə təklif edildiyi qərara alınmışdir.

Sizin həmin qərarınız Xətai Rayon Məhkəməsinin hakimi İbrahim İbrahimlinin 17 yanvar 2012-ci il tarixli iccra vərəqi əsasında qəbul edilmişdir.

Nəzərinizə çatdırım ki, mən, Xətai Rayon Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli qərardadından şikayət vermişəm və şikayət Xətai Rayon Məhkəməsinin icraatına qəbul edilib.

Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 17.1.4-cü maddəsinə əsasən, “İcra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır”.

Həmin Qanunun  19.1.3-cü maddəsinə əsasən, “Bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat aşağıdakı vaxtlara qədər dayandırılır:

19.1.3. icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda — mübahisəyə mahiyyəti üzrə baxılanadək.

Yuxarıda qeyd edilənlərə, “İcra haqqında” Qanunun 17.1.4 və 19.1.3-cü maddələrinə əsasən,

                                        XAHİŞ EDİRƏM:

 

Xətai Rayon Məhkəməsinin 2(011)-164/12 saylı mülki iş üzrə 17 yanvar 2012-ci il tarixli qərardadından verilmiş şikayətə baxılıb, qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək, icraatınızda olan icra işinin icraatını dayandırmağınızı xahiş edirəm.

Qoşma: — Xətai Rayon Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli qərardadından verilmiş şikayətin surəti.

 

14 mart 2012-ci il

                                         İmza:                                    / A.V.Vəlicanov /

Bir şərh

  • Cenab Siyavush muellim!!! Bele gorunur ki,mesul oldugunuz ishin ohdesinden layqince gele bilirsiniz.Xahishedirem ne olar,menimde 1908 – ilden beri (duyune dushmush) ishimin duyununu acmaga VAR elinizi uzadasInIz. Ismailov Adilkhan Cafar oglu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir