İddia müddətinin tədbiq edilməsinə dair Ə R İ Z Ə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə (Hakim cənab X.İmanov) Cavabdeh: Mehmet Okur Hicabi
2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə
(Hakim cənab X.İmanov)
Cavabdeh: Mehmet Okur Hicabi
Ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 98A
Əlaqə telefonu: 0124474545, 0503203839
İddia müddətinin tədbiq edilməsinə dair
Ə R İ Z Ə
Möhtərəm Hakim!
İddiaçı – Tofiq Bəhramov adına Respublika Stadionu “icarə müqaviləsinin ləğv olunması və sair” tələblərlə bağlı mənə qarşı iddia qaldırmış və həmin iddia ərizəsi üzrə iş sizin icraatınızdadır.
Sonradan, iddiaçının nümayəndəsi Quliyev Feyruz Məhərrəm oğlu “əlavə iddia ərizəsi” ilə məhkəməyə müraciət edərək “qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə 16.06.2000-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini” və ilkin iddia ərizəsində olan tələbləri təkrarən irəli sürmüşdür.
Möhtərəm Hakim!
İddiaçının nümayəndəsinin əlavə iddia ərizəsindəki hüquqi əsaslara və uydurma faktlara öz münasibətimi bildirmədən, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, indiki mübahisəyə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan 1 (bir) illik iddia müddətinin tədbiq edilməsini və iddia müddətinin keçməsinə əsasən iddiaçının iddiasının rədd edilməsi barədə qərar çıxarmağınızı xahiş edirəm.
Həmin müqavilənin mövcudluğundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, eləcə də əlaqədar bütün dövlət orqanlarının vaxtında məlumatı olmuş (bunu sübut edən bütün sənədlər sizə təqdim edilmiş və iş materiallarında mövcuddur) və elə buna görə də, iddia müddəti ilə bağlı bütün ağlabatan müddətlər buraxılmışdır.
İddiaçının ilkin iddia ərizəsi ilə bağlı onu da nəzərinizə çatdırmaq istəyirəm ki, həmin ərizədə göstərilən faktlar və arqumentlər tamamilə əsassızdır və həqiqətdə mövcud deyildir. Buna görə də iddiaçı, MPM-nin 77.1-ci maddəsinə əsasən, ərizəsində göstərdiyi faktları əsaslandırmaq üçün məhkəməyə heç bir sübut növü təqdim edə bilməmişdir.
Eyni zamanda, onu da bir daha nəzərinizə çatdırıram ki, həmin qeyri yaşayış sahəsi yalnız T.Bəhramov adına Respublika Stadionunun Nizamnaməsinə uyğun olaraq idmanın inkişafı, xüsusilə də uşaq-gənclər futbolunun inkişafı üçün istifadə edilmişdir və bu gün də həmin təyinatla istifadə edilməkdədir.
25 noyabr 2011-ci il
İmza: Mehmet Okur Hicabi