İddia tələbinin həcminin artırılması barədə İDDİA ƏRİZƏSİNƏ ƏLAVƏ

Paylaşın

Azərbaycan Respublikası 1 saylı

Bakı Yerli İqtisad Məhkəməsinə

(hakim: Müseyib Bayramov)

 

    İddiaçı: hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan

 fiziki şəxs (VÖEN: 1401582432): İsmayılzadə Telman Feyruz oğlu

Ünvanı: AZ 1009, Bakı şəhəri, Nəsimi r-n, Əlimərdan Bəy Topçubaşov ev-37, mən.-2

Faktiki olduğu yer: Bakı şəhəri, Həsənoğlu küçəsi, korpus-7, ev-12, mən.-7/8

Əlaqə tel.: 050-200-66-10, 012-564-43-05

Cavabdehlər: 1. Bakı şəhəri Vergilər Departamentinin

Bəyannamələrin Qəbulu və İşlənməsi idarəsi

Ünvanı: Binәqәdi rayonu, Z.Bünyadov prospekti, 15

Əlaqə tel.: (012) 403-84-77, (012) 403-84-83, (012) 403-89-23

2. Bakı şəhəri Vergilər Departamentinin

Vergi Borclarının Məcburi Alınması İdarəsi

Ünvanı: Yasamal rayonu, N.Әbilov küç., 24

Əlaqə tel.: (012) 494-88-55, (012) 494-43-74

İddia tələbinin həcminin artırılması barədə

 

İDDİA ƏRİZƏSİNƏ ƏLAVƏ

 

Möhtərəm hakim!

Mənim cavabdehlər Bakı şəhəri Vergilər Departamentinin Bəyannamələrin Qəbulu və İşlənməsi İdarəsi və Bakı şəhəri Vergilər Departamentinin Vergi Borclarının Məcburi Alınması İdarəsinə qarşı “Cavabdehlərin qanunsuz hərəkətləri və qərarları barədə” icraatınızda olan iddiamın həcmini aşağıdakı qaydada artırıram:

Mən, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində məhkəməyə müraciət etməyə məcbur olmuşam və məhkəmədə hüquqlarımın keyfiyyətli müdafiə edilməsi üçün “Çalxan” MMC hüquq firmasının direktoru – hüquqşünas Məmmədov Qurban Cəlal oğlu ilə “Tapşırıq müqaviləsi” bağlamışam və “Çalxan” MMC-nin “DƏMİRBANK” ASC-dəki hesabına 500 (beş yüz) manat pul ödəmişəm.

Buna görə də, nümayəndəyə hüquqi yardım üçün tərəfimdən çəkilmiş xərc cavabdehdən mənim xeyrimə tutulmalıdır.

 MPM-nin 121.1-ci maddəsinə əsasən, “Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır”.

Yuxarıda qeyd edilənlərə, MPM-nin 53 və 121-ci maddəsinə əsasən,

 

                                                                     XAHİŞ EDİRƏM:

Nümayəndəyə hüquqi yardım üçün tərəfimdən çəkilmiş 500 (beş yüz) manat xərcin cavabdehlərdən, bərabər paylar olmaqla,  mənim xeyrimə tutulması barədə qətnamə qəbul edilsin.

Qoşma: — İddia ərizəsinə əlavənin surəti,

             — “Tapşırıq müqaviləsi”nin təsdiqlənmiş surəti,

              — “Çalxan” MMC-nin “DəmirBank”da olan hesabına 500 manat köçürülməsi barədə 1əbzin əsli.

  15 sentyabr 2010-cu il

                                                                   İmza:                                / T.F.İsmayılzadə /

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir