“iddia tələbinin qismən qəbul edilməsi barədə” ƏRİZƏ Xətai Rayon Məhkəməsinə (hakim: Leyla Talıbova) Cavabdeh: Vəlicanov Ağabala Vəlican oğlu

Paylaşın

Xətai Rayon Məhkəməsinə

(hakim: Leyla Talıbova)

 

Cavabdeh: Vəlicanov Ağabala Vəlican oğlu

Ünvanı: Bakı şəh., Xudu Məmmədov küç., ev-20, mən.-36

XAHİŞ: “iddia tələbinin qismən qəbul edilməsi barədə”

 

ƏRİZƏ

 

Möhtərəm hakim!

İddiaçı Vəlicanova Samirə Səməndər qızının mənə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” barədə iddiası üzrə mülki iş Sizin icraatınızdadır.

Mən, həmin iddianı qismən, yəni Binə ticarət mərkəzində yerləşən hər birinin sahəsi 23 kv.m olan 2 ədəd mağazanın bölünməsindən başqa digər hissələrini, yəni mənə məxsus Bakı şəh., X.Məmmədov küç., ev-20, mən.-36-nın, Bakı şəh., X.Məmmədov küç., ev-20, bina-1-in “B” blokunda yerləşən qarajın, Bakı şəh., Suraxanı r-n, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində yerləşən 0,02 ha torpaq sahəsinin və “Mersedes-200” markalı  10-OS-448 dövlət qeydiyyat nişanlı avtomobilin qanunvericiliyə uyğun olaraq iddiaçı ilə mənim aramda bərabər paylar olmaqla iddiaçı ilə mənim aramda bölünməsinə etiraz etmirəm.

AR Mülki Prose ssual Məcəlləsinin 191.1-ci maddəsinin tələbləri mənə aydındır.

16 mart 2012-ci il

                                     İmza:                                    / A.V.Vəlicanov /

Əvəzindən imza etdi

              Nümayəndə:                                            / Q.C.Məmmədov /

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.