“İddiaçı “RoyalBank” ASC-nin mənə qarşı “kredit borcunun alınması haqqında” iddia ərizəsinə dair” ETİRAZ VƏ MÜLAHİZƏLƏR Yasamal Rayon Məhkəməsinə (sədrlik edən hakim: Şeyda Məhərrəmova) Cavabdeh: Nəhmədova Tahirə Balaxan qızı

Paylaşın

Yasamal Rayon Məhkəməsinə

(sədrlik edən hakim: Şeyda Məhərrəmova)

Cavabdeh: Nəhmədova Tahirə Balaxan qızı

Ünvanı: Bakı şəh., Mətbuat pr-ti, ev-35A, mən.-29

Əlaqə tel.: (050) 322-62-75 

“İddiaçı “RoyalBank” ASC-nin mənə qarşı “kredit borcunun alınması haqqında” iddia ərizəsinə dair”

 ETİRAZ VƏ MÜLAHİZƏLƏR

Möhtərəm hakim!

İddiaçı “RoyalBank” ASC-nin mənə qarşı “kredit borcunun alınması haqqında” iddia ərizəsi üzrə mülki iş Sizin icraatınızdadır və həmin iş üzrə növbəti məhkəmə iclası 13 mart 2012-ci il saat 10:40-a təyin edilmişdir.

Mən, həmin iddiaya aşağıdakı qaydada etiraz edirəm:

Azərbaycan Respublikası Mülki Proesessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, “işdə iştirak edən şəxslər … etirazlar vermək … hüququna malikdirlər”.

İddiaçı öz iddia ərizəsini onunla əsaslandırıb ki, guya, “RoyalBank” ASC-nin 4 saylı filialı ilə mənim aramda 02 sentyabr 2008-ci il tarixli 004 saylı kredit müqaviləsi bağlanmış, mən, mənzilimi təmir etdirmək məqsədi ilə iddiaçının 4 saylı filialından illik kreditdən istifadə haqqı 25% ödəmək şərtilə 18 ay müddətinə 30650 (otuz min altı yüz əlli) manat məbləğində kredit götürmüşəm, müqavilənin vaxtının bitməsinə baxmayaraq, 08 noyabr 2010-cu il tarixə kimi banka kredit və faiz borclarından ümumilikdə 29060 (iyirmi doqquz min altımış) manat pul ödəmişəm, 19 yanvar 2012-ci ilə olan borcum isə, hesablanmış faizlər də daxil olmaqla 12406 (on iki min dörd yüz altı) manat təşkil edir, buna görə də, 12406 manatı və 20 manat dövlət rüsumunu iddiaçıya ödəməliyəm.

Möhtərəm hakim!

Nəzərinizə çatdırım ki, iddiaçının öz iddia ərizəsini əsaslandırdığı hallar tamamilə uydurmadır və mənə qarşı edilmiş böhtandan başqa bir şey deyildir. Mən, heç də, iddia ərizəsində göstərildiyi kimi, 2008-ci ildə evimi təmir etdirmək üçün kredit götürmək məqsədi ilə iddiaçının 4 saylı filialına müraciət etməmişəm və 02 sentyabr 2008-ci il tarixli 004 saylı kredit müqaviləsi imzalamamışam.

Belə olan halda güman etmək lazımdır ki, iddiaçının istinad etdiyi kredit müqaviləsi, iddiaçının əməkdaşları tərəfindən saxta yollarla formal olaraq bağlanmış və kredit məbləği də öz əməkdaşları tərəfindən götürülmüşdür. Çünki mən mənzilimi təmir etdirmək üçün iddiaçıdan heç vaxt kredit məbləği götürməmişəm və bunun üçün hansısa ödəniş etməmişəm. Əgər həmin kredit müqaviləsində və ödəniş qəbzlərinin iddiaçıda qalmalı olan hissələrindəki imzalar araşdırılarsa, həmin imzaların mənə məxsus olmadığı aydın olar.

Belə olan halda, iddiaçı “RoyalBank” ASC-nin mənə qarşı “kredit borcunun alınması haqqında” iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir.

Yuxarıda qeyd edilənlərə və MPM-nin 47.2-ci maddəsinə əsasən,

                                         XAHİŞ EDİRƏM:

 İddiaçı “RoyalBank” ASC-nin mənə qarşı “kredit borcunun alınması haqqında” iddiasının əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edəsiniz.

05 mart 2012-ci il

                                                               İmza:                                             / T.B.Nəhmədova /

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir