“İddiaçı “RoyalBank” ASC-nin mənə qarşı “kredit borcunun alınması haqqında” iddiası üzrə mülki işlə bağlı məlumat veriməsi haqqında” ƏRİZƏ Yasamal Rayon Məhkəməsinə Cavabdeh: Nəhmədova Tahirə Balaxan qızı

Paylaşın

Yasamal Rayon Məhkəməsinə

Cavabdeh: Nəhmədova Tahirə Balaxan qızı

Ünvanı: Bakı şəh., Mətbuat pr-ti, ev-35A, mən.-29

Əlaqə tel.: (050) 322-62-75

  “İddiaçı “RoyalBank” ASC-nin mənə qarşı “kredit borcunun alınması haqqında” iddiası üzrə mülki işlə bağlı məlumat veriməsi haqqında”

 ƏRİZƏ

Möhtərəm hakim!

İddiaçı “RoyalBank” ASC-nin mənə qarşı “kredit borcunun alınması haqqında” iddia ərizəsi üzrə mülki iş Yasamal Rayon Məhkəməsinin icraatındadır.  Həmin iş üzrə bir neçə dəfə məhkəmə iclası keçirilərək araşdırma aparılmışdır. Lakin hal-hazırda həmin işin hazırki vəziyyəti haqqında heç bir məlumatımız yoxdur.

Qeyd edilənləri nəzərə almağınızı və “RoyalBank” ASC-nin mənə qarşı “kredit borcunun alınması haqqında” iddia ərizəsi üzrə mülki işin hal-hazırda hansı mərhələdə olduğu barədə mənə məlumat verməyinizi xahiş edirəm.

30 aprel 2013-cü il

                          İmza:                                             / T.B.Nəhmədova /

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir