Məhkəmə-Xətt ekspertizasının təyin edilməsi barədə Vəsatət Yasamal Rayon Məhkəməsinin hakimi Ş.Məhərrəmovaya Cavabdeh: Nəhmədova Tahirə Balaxan qızın
Yasamal Rayon Məhkəməsinin hakimi
Ş.Məhərrəmovaya
Cavabdeh: Nəhmədova Tahirə Balaxan qızının nümayəndəsi Məmmədov Qurban Cəlal oğlu tərəfindən
Məhkəmə-Xətt ekspertizasının təyin edilməsi barədə
Vəsatət
Möhtərəm hakim!
“Royal bank” ASC-nin T.B.Nəhmədovaya qarşı “kredit borcunun alınmasına dair” iddiası üzrə bildirirəm ki, T.B.Nəhmədova heç vaxt iddiaçıdan 2 sentyabr 2008-ci il tarixli 004 saylı kredit müqaviləsi üzrə pul almamış və heç bir sənədə də imza etməmişdir. Bunu sübut etmək üçün müqavilədəki imzanın T.B.Nəhmədovaya aid olub-olmaması məhkəmə-xətt ekspertizası vasitəsilə müəyyənləşdirilməlidir.
Yuxarıda qeyd edilənlərə və MPM-nın 97.1-ci maddəsinə əsasən
Xahiş edirəm:
“Royal bank” ASC-nin 4 saylı filialı ilə Nəhmədova Tahirə Balaxan qızının adından bağlanmış 2 sentyabr 2008-ci il tarixli 004 saylı kredit müqaviləsindəki imzanın T.B.Nəhmədovaya aid olub-olmamasını müəyyənləşdirmək üçün məhkəmə-xətt ekspertizası təyin edilsin.
13 mart 2012
İmza: Məmmədov Qurban Cəlal oğlu