“Müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə” TƏKLİF (pretenziya)
Bakı şəh., Qaraçuxur qəs., Z.Şərifov küç., ev-24-də yaşayan
Beybutova Könül Mahmud qızına
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxs (VÖEN: 1401582432): İsmayılzadə Telman Feyruz oğlu tərəfindən
Ünvanı: AZ 1009, Bakı şəhəri, Nəsimi r-n, Əlimərdan Bəy Topçubaşov ev-37, mən.-2
Faktiki olduğu yer: Bakı şəhəri, Həsənoğlu küçəsi, korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: 050-200-66-10, 012-564-43-05
XAHİŞ: “Müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə”
TƏKLİF (pretenziya)
Hörmətli Könül xanım!
Siz, mənimlə aramızda bağlanmış 13 avqust 2010-cu il tarixli əmək müqaviləsinə əsasən, 5 (beş) il müddətinə manikür ustası vəzifəsinə işə qəbul edilmisiniz.
Həmin əmək müqaviləsinə əsasən, Siz, 5 (beş) il müddətinə mənim rəhbərliyim altında çalışmalı idiniz. Lakin Siz, öz öhdəliklərinizi sonadək icra etməmiş, müqavilənin şərtlərini pozaraq, xəbərdarlıq etmədən və üzrlü səbəb olmadan 05 may 2011-ci il tarixdən etibarən işə gəlməmiş, bununla da, aramızda bağlanmış müqaviləni şifahi qaydada pozduğunuz barədə iradə ifadə etmisiniz.
Aramızda bağlanmış əmək müqaviləsinin 9.5.1-ci bəndinə əsasən, “İşəgötürənin təqsiri və ya üzrlü səbəbi olmadan işçi bu müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulan müddətdən (2.1. Bu Əmək müqaviləsi 5 (beş) il müddətinə bağlanmışdır) əvvəl əmək müqaviləsini pozmağa haqlı deyildir və bunu etdiyi halda, işəgötürənə 10 000 (on min) manat kompensasiya ödəməlidir”.
Mülki Məcəllənin 430-cu maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, “Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir”.
Cavabdehlə aramızda bağlanmış 13 avqust 2010-cu il tarixli əmək müqaviləsinin cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilməsi üçün nə müqavilədə nə də Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmamışdır.
Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, ”Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”.
Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, aramızda bağlanmış 13 avqust 2010-cu il tarixli əmək müqaviləsi üzrə öhdəliklərinizi icra edərək, 10 000 manatı mənə ödəməyinizi xahiş edirəm.
Əks təqdirdə, mübahisənin həll edilməsi üçün məhkəmə orqanlarına müraciət edəcəyəm.
Qoşma: Əmək müqaviləsinin surəti,
16 iyun 2011-ci il
İmza: / T.F.İsmayılzadə /