Nərimanov Rayon Polis İdarəsinin rəisinə Türkiyə Cumhuriyyətinin vətəndaşı Mehmet Okur Hicabi ŞİKAYƏT
Nərimanov Rayon Polis İdarəsinin rəisinə
Türkiyə Cumhuriyyətinin vətəndaşı
Mehmet Okur Hicabinin
Etibarnamə üzrə nümayəndəsi
Məmmədov Qurban Cəlal oğlu
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-08
ŞİKAYƏT
Hörmətli Rəis!
Mən, bundan əvvəlki 18 yanvar 2012-ci il tarixli şikayət ərizəsi ilə, Türkiyə Cumhuriyyətinin vətəndaşı Mehmet Okur Hicabiyə məxsus “Arçelik” markalı kondisionerin Tofiq Bəhramov adına Respublika stadionunun ərazisindəki Futbol Məktəbinin inzibati binasından 17 yanvar 2012-ci il tarixində oğurlandığı barədə məlumat vermişəm.
Nəzərinizə çatdırım ki, 18 yanvar 2012-ci ildə həmin ərazidən Türkiyə Cumhuriyyətinin vətəndaşı Mehmet Okura məxsus 6 ədəd aliminium qapı da naməlum şəxslər tərəfindən oğurlanmışdır.
İlkin şikayət ərizəmdə və yuxarıda qeyd edilənləri nəzərə alaraq, Mehmet Okur Hicabiyə məxsus “Arçelik” markalı kondisioneri, eləcə də 6 ədəd aliminium qapıları oğurlayan şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə lazımi və təxirəsalınmaz tədbirlər görməyinizi xahiş edirəm.
21 yanvar 2012-ci il
İmza: / Q.C.Məmmədov /