“Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”

Paylaşın

“Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın və “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə forması”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş  işçisinin ailə üzvlərinə  və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə forması” təsdiq edilsin (əlavə olunur).
  3. Bu qərar 2008-ci il 5 avqust tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 Bakı şəhəri, 14 oktyabr 2008-ci il

№ 242

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il oktyabr tarixli 242 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi

və ödənilməsi

 

QAYDASI[1]

 

  1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın II bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir. Bu Qayda onun qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin, 2003-cü il 27 sentyabr tarixindən bu Qayda qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələrinin və bu Qayda qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur.
  2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu Qaydanın 1-ci bəndində göstərilən müəssisələrin siyahısı (2003-cü il 27 sentyabr tarixindən bu Qayda qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi göstərilməklə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həmin müəssisələrin təqdim etdiyi məlumatlarda göstərilən işçilərin adlı siyahısını (bu Qayda qüvvəyə minənədək Azərbaycan Respublikası Prezidentinin “Özəlləşdirilən   və   idarəetməyə   verilən   dövlət   müəssisələrinin   sosial ödənişləri üzrə yaranmış borclarının tənzimlənməsi tədbirləri barədə” 2003-cü il 26 sentyabr tarixli 920 nömrəli Fərmanının icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə    Fonduna    təqdim    olunmuş    siyahı    üzrə)  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları müvafiq rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinə göndərir. Rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş siyahılarda adları olmayan işçilər tərəfindən müavinət alınması üçün müraciət olunduğu halda, müavinət almaq hüququ təqsirkar müəssisənin yerləşdiyi ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunur.

Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunduğu halda, komissiya bu barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunmadığı halda, komissiya imtinanın səbəbi göstərilməklə müraciət edən şəxsə məlumat verir.

Komissiya tərəfindən hazırlanmış məlumatın düzgünlüyü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yoxlanıla bilər.

  1. Aylıq müavinət almaq istəyən şəxs yaşadığı ərazi üzrə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə bu Qaydanın əlavəsində göstərilən formada ərizə ilə müraciət edir.
  2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisi aylıq müavinət almaq üçün ərizəsinə aşağıdakı sənədləri əlavə edir:

– şəxsiyyət vəsiqəsinin surətini;

– istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş aktı və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmünü (qətnaməni, qərarı);

– işçinin peşə əmək qabiliyyətinin itirilmə faizi barədə Tibbi-Sosial
Ekspert Komissiyasmın şəhadətnaməsini;

– aylıq ödəncin hansı tarixədək ödənilməsi barədə təqsirkar müəssisənin arayışmı.

Həlak olmuş işçinin ailə üzvü və himayəsində olan digər şəxslər isə aylıq müavinət almaq üçün işçinin ölüm haqqında şəhadətnaməsini, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilən şəxs olmasını təsdiq edən sənədləri təqdim edir.

  1. Rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri aylıq müavinət təyinatı üçün tələb olunan sənədləri qəbul etdikdən sonra 3 iş günü müddətində aylıq müavinət təyin edilməsi barədə qərar qəbul edir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi ilə bağlı aylıq ödənc əvəzinə aylıq müavinət verilməsi üçün rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzi bu qərarla təsdiq edilmiş formaya uyğun olaraq zərərçəkənlə müqavilə bağlayır.
  2. Ərizəçiyə aylıq müavinətin verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəbləri göstərilməklə, 5 gün müddətində yazılı məlumat verilir.
  3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsini dayandırırlar.

Həmin müəssisələr üzrə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş və bu səbəbdən həlak olmuş işçilərin sayt Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2003-cü il 27 sentyabr tarixinədək ödənilən ödənclərin verilməsi barədə siyahıya və müvafiq rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Maliyyə İdarəsi (şöbəsi) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyinə əsasən nəzərə alınır.

  1. Aylıq müavinət müraciət edilmə vaxtından asılı olmayaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 5.1-ci bəndi ilə müəyyən olunan tarixdən müəssisənin özəlləşdirilməsi başa çatanadək, yaxud idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minən tarixədək təyin edilir.
  2. Aylıq müavinət 2003-cü il 1 oktyabr tarixindən 2008-ci il avqustun 5-dək olan müddət üçün birdəfəlik, bu Qayda qüvvəyə mindiyi tarixdən sonrakı müddət üçün isə aylıq ödənilir.

“Ozəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”na

 

əlavə

 

 

__________________________ şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi

 

Mərkəzinin direktoru_____________________________

 

ƏRİZƏ

 

 

 

Mən______________________________________________________________________

(adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi)

 

______________________________________________________________müəssisəsində

__________________tarixdə istehsalat qəzası (yaxud peşə xəstəliyi) nəticəsində   peşə

əmək qabiliyyətini itirmiş (          _____________faiz), özəlləşdirilən və idarəetməyə verilən

dövlət müəssisəsinin istehsalat qəzası (yaxud peşə xəstəliyi) nəticəsində sağlamlığı pozulmuş işçisi kimi (və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvü və himayəsində olan digər şəxslər kimi) “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi   Qaydaları”na   uyğun   olaraq   aylıq   ödənc   üzrə   müəssisənin borclarının əvəzinə ________________ tarixindən     aylıq müavinətin təyin edilməsini xahiş edirəm.

İstehsalat qəzası, yaxud peşə xəstəliyi nəticəsində həlak olmuş işçinin

ailə üzvlərinin və himayəsində olan digər şəxslərin sayı:_____nəfər

 

İmza:____________________________

 

Tarix:____________________________

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 14 oktyabr tarixli 242 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə

 

MÜQAVİLƏ   FORMASI

 

  1. Bu Müqavilə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsində qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ______ şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər (zərərçəkən)
______________________________________________________________________
(adı, soyadı, atasının adı)
_____________________________________________________________________________________________
(vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənəd, onun nömrəsi,
_____________________________________________________________________________________________
verildiyi tarix və onu verən orqanın adı)

arasında “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş f işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 4.2-ci bəndinə uyğun olaraq bağlanılmışdır.

  1. BuMüqaviləyə   əsasən ______şəhər   (rayon)   Əhalinin   Sosial Müdafiəsi Mərkəzi ilə zərərçəkən arasında özəlləşdirilməsi barədə qərar qəbul     edilmiş və   ya idarə etməyə verilmiş müəssisənin

______________________________________________________________________

(idarənin, müəssisənin, təşkilatın adı)

istehsalat qəzası və ya peşə xəstəliyi ilə əlaqədar zərərçəkənə 2003-cü il oktyabrın 1-dən özəlləşdirilməsi başa çatan tarixədək (və ya idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək) dövr üçün yaranmış aylıq ödənclər üzrə borclarının əvəzinə müavinət ödənilməsi barədə razılıq əldə edilmişdir.

  1. Bu Müqavilə üç nüsxədə tərtib edilir. Onlardan bir nüsxəsi zərərçəkənə verilir, bir nüsxəsi şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzində saxlanılır, digər nüsxəsi isə mərkəz tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ayda bir dəfə bağlanılmış müqavilələr barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat təqdim edir.

Zərərçəkən

__________ __________________________

(imza)       (adı, soyadı, atasının adı)

tarix

 

ünvanı:

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

_______________________şəhər (rayon)

 

ƏSMM-nin direktoru

 

_______ ___________________________

(imza)(adı, soyadı, atasının adı) möhür

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846) ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın 2-ci bəndinin birinci və ikinci abzaslarında, 7-ci bəndində və həmin qərarla təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə Müqavilə forması”nın 3-cü bəndində ismin müvafiq hallarında “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.