Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsinin rəisinə

Paylaşın

Azərbaycan Respublikası Əmlak Məsələləri

 Üzrə Dövlət Komitəsi yanında Daşınmaz

Əmlakın Dövlət Reyestri Xidmətinin

Abşeron Rayon Ərazi İdarəsinin rəisinə

 

Sultanova İradə Ramazan qızının

Etibarnamə üzrə nümayəndəsi

Məmmədov Qurban Cəlal oğlu

Ünvanı: Bakı şəhəri, Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8

Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-08

 

 

ƏRİZƏ

 

Hörmətli rəis!

Bakı şəh., 4 MR, Cavadxan küç., ev-19, mən.-21-də yaşayan Sultanova İradə Ramazan qızı hüquqlarını müdafiə etmək üçün mənə etibarnamə vermişdir.

İ.R.Sultanova harada və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və əmlakları üzərində sərəncam verməyi Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontorunda verdiyi 17 avqust 2009-cu il tarixli baş etibarnamə əsasında Sultanov İlham Həmid oğluna etibar etmişdir.

Sultanova İradə Ramazan qızı Sultanov İlham Həmid oğlu ilə aralarındakı münasibət pozulduğu üçün 14.08.2012-ci ildə Bakı şəhəri 32 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək həmin etibarnamənin ləğv edilməsini xahiş etmiş və elə həmin tarixdə  etibarnamə ləğv edilmişdir.

Abşeron r-n, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi 07.01.2009-cu il tarixli, reyestr nömrəsi 308013018730, qeydiyyat nömrəsi 1608016895 olan Çıxarış əsasında İ.R.Sultanovaya məxsusdur və Sultanov İlham Həmid oğlu İ.R.Sultanovanın ona verdiyi və yuxarıda da qeyd edildiyi kimi, artıq 14 avqust 2012-ci ildə ləğv edilmiş etibarnamədən sui-istifadə edərək, Abşeron r-n, Masazır kəndi ərazisində yerləşən Sultanova İradə Ramazan qızına məxsus 0,10 ha torpaq sahəsini Abşeron Rayon 1 saylı Notariat Kontorunda 16.08.2012-ci il tarixində bağlanmış AN-I seriyalı 0311200 saylı alqı-satqı müqaviləsinə əsasən İmanova Arzu Zöhrab qızına satmışdır.

Qeyd edilən müqavilə Sultanova İradə Ramazan qızının iradəsinə zidd olaraq bağlandığı üçün, o, hal-hazırda Abşeron Rayonu 1 saylı DNK-da bağlanmış 16.08.2012-ci il tarixli AN-I seriyalı 0311200 saylı alqı-satqı müqaviləsinin mübahisələndirilməsinə dair Abşeron Rayon Məhkəməsində iddia qaldırmağa hazırlaşır.

Yuxarıda qeyd edilənləri nəzərə almağınızı və Sultanova İradə Ramazan qızına məxsus Abşeron r-n, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair 16.08.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında  Azərbaycan Respublikası Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsində hər-hansı əməliyyatın aparılmasının dayandırılmasını təmin etməyinizi xahiş edirəm.

Qoşma: – Q.C.Məmmədovun adına verilmiş etibarnamənin əsli,

                – Bakı şəhəri 32 saylı Notariat Kontorunun məktubunun surəti.

06 sentyabr 2012-ci il

               İmza:                                                      Q.C.Məmmədov

3 comments

  • Azərbaycan Respublikası Əmlak Məsələləri
    Üzrə Dövlət Komitəsi yanında daşınmaz
    əmlakın dövlət reystri xidmətinin Abşeron
    rayon ərazi idarəsinin rəisinə Mehdiabad
    qəsəbə sakini Əhmədov Xasay Ağəli oğlu
    tərəfindən.

    Ərizə
    Yazıb bu ərizə ilə sizdən xahiş edirəm ki , mənə 10 noyabr 1998-ci il tarixli 21 nöm
    rəli qərarı ilə verilmiş torpaq sahəsinin yerinin dəqiq göstərilməsinə köməklik edəsi-
    niz.

    Ərizəçi:Əhmədov Xasay
    Tarix:23/09/2018

  • Salam
    Abşeron rayonunda fərdi yaşayış evi tikmişəm zirzəmi+1 çi mərtəvə və mansart.30 manat dövlət rüsumu 50 manat xidmət haqqınnan əlavə hər kv.Görə ödəniş etməliyəm?
    Abşeron rayon dövlət reyster xidmətində mənnən hər kv.Götə əlavə pul istiyirlər məsələn 100 kv görə 120 manat

  • Yazıb sizdən xahiş edirəm ki.2014 cu ildə 4 sot torpaq sahəsi almışam. həmin torpaq sahəsi ilə alqı satqı sənədinin yerləşmə yeri arasında fərq var.torpaq sahəsinin sənədləşməsi ücün mənə köməklik göstərməyinizi sizdən xahiş edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir