Şagirdlik müqaviləsi– Bilalov Ramal İlham oğlu

Paylaşın

ŞAGİRDLİK müqavİlƏsİ

 

§ 1. Şagirdlik müqaviləsini
bağlayan tərəflər haqqında məlumatlar

1.1. Bu Şagirdlik müqaviləsi, (bundan sonra «Şagirdlik müqaviləsi» adlandırılacaq) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İsmayılzadə Telman Feyruz oğlu (VÖEN: 1401582432, bundan sonra “Usta” adlandırılacaq)  ilə

Orta təhsilli Bilalov Ramal İlham oğlu (şəxsiyyət vəsiqəsi: seriya AZE, N 06150084, Yasamal RPİ, 10 mart 2008-ci il, bundan sonra “Şagird” adlandırılacaq) arasında «08» «may» 2010-cu il tarixində bağlanmışdır.

1.2. Bu müqavilə bağlanan gündən yaranmış münasibətlər, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi və qüvvədə olan digər qənunvericiliklə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.

§ 2. Şagirdlik müqaviləsinin müddəti

2.1. Bu müqavilə 6 (altı) ay müddətinə bağlanmışdır.

§ 3. Şagirdin funksiyası

3.1. Şagird aşağıdakı funksiyasının icrasını öhdəsinə götürür:

3.1.1. müştərilərlə və işçi yoldaşları ilə nəzakətli və daim gülərüz davranmaq;

3.1.2. işəgötürənin bu müqavilə ilə bağlı verdiyi tapşırıqları icra etmək, eləcə də, yiyələnmək istədiyi peşənin sirlərini dərindən mənimsəmək;

3.1.3. özünü iş yerində və iş yerindən kənarda qanunlara və ictimai-birgə yaşayış qaydalarına hörmət edən nümunəvi vətəndaş kimi aparmaq;

3.1.5. rəsmi dövlət orqanlarının sorğuları istisna olmaqla, bu müqavilə şərtlərini, işçilərin sayını və kollektiv arasında olan söhbətləri sirr kimi kənar şəxslərdən saxlamaq;

3.1.6. iş yerini səliqə-səhmanda saxlamaq və istifadə etdiyi texniki və ofis avadanlıqlarını saz vəziyyətdə saxlamaq;

3.1.7. bu müqavilənin şərtlərinə ciddi əməl etmək;

3.4. Şagird əmək funksiyasının icrası zamanı ustanın istehsal fəaliyyəti ilə bağlı özünün ixtiraları, səmərələşdirici təklifləri barədə dərhal ona məlumat verməlidir. Usta öz növbəsində həmin ixtiraların, şagirdin müəlliflik hüququnun və mülkiyyətçinin mənafeyinin qorunması üçün konkret tədbirlər görməlidir.

§ 4. Əmək şəraitinin şərtləri

Usta aşağıdakı əmək şəraiti yaradılmasını və onun şərtlərinin təmin olunmasını öhdəsinə götürür:

Əməyin mühafizəsi üzrə

4.1. Şagird qoruyucu əlcək, xüsusi geyim və s. kimi xüsusi mühafizə vasitələri ilə təmin edilir.

4.2. Şagird əməyin mühafizəsi normaları ilə ayda bir dəfədən az olmayaraq təlimatlandırılır.

İş və istirahət vaxtı üzrə

4.3. Şagird gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq ustadan öyrənir.

4.4. İş saat 11:00-da başlanır, saat 19:00-da qurtarır.

4.5. Nahar vaxtı saat 14:00-dan saat 15:00-dəkdir.

4.6. Şagird işə öz hesabına gəlib-gedir.

4.7. İstirahət günləri hər həftənin cümə axşamı və cümə günləridir.

Ustanın öhdəlikləri

4.8 Usta aşağıdakı vəzifələri öz üzərinə götürür:

4.8.1. şagird bu şagirdlik müqaviləsinin 3.1-ci maddəsində nəzərdə tutulan funksiyalarını qüsursuz yerinə yetirdiyi təqdirdə və zərurət olduqda öz hesabına onu xarici ölkələrə təcrübə mübadiləsinə və tədris kurslarına göndərmək;

4.8.2. şagirdin yiyələnmək istədiyi peşənin bütün sirlərini ona öyrətmək;

4.8.3. istehsalat zamanı şagirdin qəsdi ilə bağlı olmayan istehsalat xəsarətlərinə görə onu müalicə etdirmək, müalicə və dərman xərclərini qarşılamaq və həmin vəziyyətdə müvafiq işlə təmin etmək;

4.8.4. müqavilənin şərtlərinə dönmədən əməl edəcəyi və peşəsinin sirrlərinə yaxşı yiyələnəcəyi təqdirdə şagirdi peşəsinə uyğun işlə və zəruri müasir texniki avadanlıqlarla təmin etmək.

§ 5. Birinin digərinə vurduğu ziyana
görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti

5.1. Bu Şagirdlik müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.

5.2. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.

5.3. Tərəflər məhkəməyə müraciət etmədən ziyanvurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfindən həllinə üstünlük verirlər.

§ 6. Mülkiyyət münasibətlərinin tənzimlənməsi

6.1. Şagird iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin — maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin, qurğu, habelə işəgötürənin mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehdir.

6.2. Şagird əmək funksiyasının icrası zamanı özünə məxsus əmlaklardan istifadə edə bilər.

6.3. Usta şagirdin əmlakının mühafizəsinə görə cavabdehdir.

6.4. Şagird ustanın kommersiya və istehsal sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericilikdə və bu Şagirdlik müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır.

§ 7. Şagirdlik müqaviləsinə xitam verilməsi

7.1. Şagirdlik müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar:

7.1.1. Bu şagirdlik müqaviləsi üzrə müddət bitdikdən sonra, eyni tərəflər öz aralarında Əmək Müqaviləsi bağlamağa və bağlayacaqları həmin  əmək müqaviləsinin şərtlərinə dönmədən əməl etməyə borcludurlar.

7.1.2. Ustanın təqsiri və ya üzrlü səbəbi olmadan şagird bu müqavilənin 8.4.1-ci maddəsində nəzərdə tutulan müqaviləni bağlamaqdan imtina edərsə, ustaya 1 000 (min) manat kompensasiya ödəməlidir.

§ 8. Yekun qaydalar

8.1. Bu Şagirdlik müqaviləsi iki nüsxədə, Azərbaycan dilində tərtib edilib, onlardan biri şagiddə, digəri isə ustada saxlanılır.

8.2. Tərəflər bu Şagirdlik müqaviləsi üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə bilməzlər.

8.3. Tərəflər bu Şagirdlik müqaviləsi ilə nəzərdə tutulmamış, habelə bilavasitə qanunvericiliklə müəyyən edilən hallar istisna olunmaqla üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar.

8.4. Tərəflər bu Şagirdlik müqaviləsinin şərtlərini, bu şərtlərdən irəli gələn öhdəliklərini vicdanla yerinə yetirəcək, şəxsi, maddi, maliyyə, istehsal maraqlarına, habelə ictimai birliklərdə və siyasi partiyalarda müstəqil iştiraklarına qarşılıqlı hörmət göstərəcəklər.

§ 9. Tərəflərin imzaları və ünvanları

9.1. İsmayılzadə Telman Feyruz oğlu                                       9.2. Bilalov Ramal İlham oğlu

        VÖEN: 1401582432                                                           Ünvanı: Bakı şəh., B.Bağırova küç.,     

        hüquqi ünvanı: Bakı şəhəri,                                                                                    ev 9, mən. 60

        Xətai r-n, A.Cəlilov küç., ev 1                                                                                 

 

 

Tarix: 08 may 2010-cu il                                                                     

 

 

İmzası: _______________                                                                    İmzası: __________________                  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.