ŞİKAYƏT Nərimanov Rayon Polis İdarəsinin rəisinə Türkiyə Cumhuriyyətinin vətəndaşı Mehmet Okur Hicabi
Nərimanov Rayon Polis İdarəsinin rəisinə
Türkiyə Cumhuriyyətinin vətəndaşı
Mehmet Okur Hicabinin
Etibarnamə üzrə nümayəndəsi
Məmmədov Qurban Cəlal oğlu
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-08
ŞİKAYƏT
Hörmətli Rəis!
Türkiyə Cumhuriyyətinin vətəndaşı Mehmet Okur Hicabi Tofiq Bəhramov adına Respublika Stadionu ilə “qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə” 16.06.2000-ci il tarixli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunun ərazisindən 4891 kv.m sahə, hər ay 200 (iki yüz) ABŞ dolları ödənilmək şərti ilə 27 il müddətinə Mehmet Okur Hicabinin istifadəsinə və qanuni sahibliyinə verilmişdir.
Mehmet Okur uzun müddət, yəni 2011-ci ilin avqust ayınadək, icarəsində olan sahədən maneəsiz istifadə etsə də, 17 yanvar 2012-ci ildə hüquq mühafizə orqanının əməkdaşları onu həmin sahədən çıxmağa məcbur etmişlər. Mehmet Okur həmin ərazidən özünə məxsus əşyaların bəzilərini çıxarsa da, qalan əşyalar orada qalmışdır. 2012-ci ilin yanvar ayının 18-nə keçən gecə saat 03:00-04:00 radələrində məlum olmuşdur ki, M.Okura məxsus “Arçelik” markalı kondisioner T.Bəhramov stadionunun ərazisindəki Futbol Məktəbinin inzibati binasından oğurlanmışdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, T.Bəhramov adına Respublika stadionunun ərazisindəki Futbol Məktəbinin inzibati binasından oğurlanmış və Mehmet Okur Hicabiyə məxsus “Arçelik” markalı kondisioneri oğurlayan şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə lazımi və təxirəsalınmaz tədbirlər görməyinizi xahiş edirəm.
Qoşma: Məmmədov Qurban Cəlal oğlunun adına verilmiş etibarnamənin surəti.
18 yanvar 2012-ci il
İmza: / Q.C.Məmmədov /