ŞİKAYƏT Türkiyə Cumhuriyyətinin Bakıdakı Səfirliyinə

Paylaşın

Türkiyə Cumhuriyyətinin

Bakıdakı Səfirliyinə

Türkiyə Cumhuriyyətinin vətəndaşı

Mehmet Okur Hicabi tərəfindən

Faktiki olduğu yer: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8

Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-08

ŞİKAYƏT

Hörmətli Səfir!

Mən, 2000-ci ildə Azərbaycan Respublikasına gələrək, Tofiq Bəhramov adına Respublika Stadionunun rəhbərliyi  ilə “qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə” 16.06.2000-ci il tarixli müqavilə bağlamışam. Həmin müqaviləyə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunun ərazisindən 4891 kv.m sahə, hər ay 200 (iki yüz) ABŞ dolları ödənilmək şərti ilə 27 il müddətinə, yəni 2027-ci ilədək mənim istifadəmə və qanuni sahibliyimə verilmişdir.

Mən, uzun müddət, yəni 2011-ci ilin avqust ayınadək, icarəmdə olan sahədən futbol məktəbi kimi maneəsiz istifadə etsəm də, 2011-ci ilin avqust ayında Tofiq Bəhramov adına Respublika stadionunun rəhbərliyi ilə aramızda mübahisə yaranmış və T.Bəhramov adına Respublika stadionunun rəhbərliyi “qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə 16.06.2000-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair” iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2011-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə qərarının surəti mənə 04 yanvar 2012-ci ildə poçt vasitəsi ilə təqdim edilmişdir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, tərəflər məhkəmə qərarını rəsmi  qaydada aldıqdan sonra 30 (otuz) gün ərzində həmin qərardan şikayət verə bilərlər. Yəni həmin məhkəmə qərarı hal-hazırda qanuni qüvvəyə minməyib.

AR İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir”.

Azərbaycan Respublikasının 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qeyd edilən qərarından narazıyam və həmin məhkəmə qərarından şikayət verməyə hazırlaşıram.

Lakin, 17 yanvar 2012-ci ildə T.Bəhramov adına Respublika stadionunun rəhbərliyi hüquq mühafizə orqanının əməkdaşları ilə birlikdə, mənim icarəmdə olan sahəyə daxil olmuş və mənim faktiki sahibliyimdə olan ərazidən güc tətbiq edərək məni zorla  çıxarmışlar. Bu zaman mən əmlakımı müdafiə etməyə çalışarkən, polis əməkdaşları məni saxlayaraq Nərimanov RPİ-nin 18-ci PB-nə aparmış, Nərimanov rayon İcra Hakimiyyətinin əməkdaşları isə, mənim qanuni sahibliyimdə olan futbol məktəbini – 4 ədəd futbol meydançasını, məktəbin inzibati binasını və inzibati binanın içindəki şəxsi əşyalarımı dağıtmış və tam yararsız hala salmışlar.

Bununla da mənim işgüzar nüfuzuma ciddi zərər dəymiş, mənə külli miqdarda ziyan vurulmuşdur.

Belə ki, əvvəla, mən 2000-ci ildən bu günədək öz şəxsi vəsaitim hesabına həmin sahədə əsaslı təmir işləri aparmışam, boş sahəni futbol məktəbi kimi işlətmək üçün bütün lazımi avadanlıqlarla təchiz etmişəm, furbol meydançaları üçün şəxsi vəsaitim hesabına süni xalçalar, dəmir setkalar, işıqlandırıcı projektorlar və s., məktəbin inzibati binasında böyük həcmli hamam, istirahət otaqları, paltar dəyişmə otaqları, yeməkxana, qəbul otağı, iş otağı, sinif otağı, həmin otaqların istilik sistemi, daimi su, elektrik, və qaz yanacağı ilə təmin edilmələri üçün zəruri avadanlıqlar və digər mebel və məişət əşyaları və s., məktəbin şagirdlərinin istifadə etmələri üçün idman geyimləri, top və s. almışam. Nərimanov rayon İcra Hakimiyyətinin və Nərimanov RPİ-nin əməkdaşları yuxarıda qeyd edilən əmlaklarımı tamamilə məhv etmiş, tamamilə yararsız hala salmışlar. Yuxarıda qeyd edilən əmlakların ümumi dəyəri 650 000 (altı yüz əlli min) manatdan çox olmuşdur.

İkincisi, mən uzun müddətdir ki, Azərbaycan Respublikasında ən yaxşı futbol məktəbinə rəhbərlik edirəm. Buna görə də, hər kəs məni işini bacarıqla yerinə yetirə bilən işgüzar şəxs kimi tanıyır. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən mənə qarşı edilmiş qanunsuz hərəkət, eləcə də, Nərimanov RPİ-nin rəis müavinin mənim haqqımda böhtan xarakterli ifadələr işlərməsi (onun sözlərinə görə guya mən Azərbaycan dövlətini və bayrağını təhqir etmişəm) nəticəsində mənim uzun illər boyu qazandığım işgüzar nüfuzuma ciddi zərər dəymiş, məni ciddi iş adamı kimi tanıyan hər kəsin yanında hörmətdən düşmüşəm. Mən Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olduğuma görə, polis rəisinin müavininin mənim haqqımda böhtan xarakterli yalan məlumatlar yayması nəticəsində Azərbaycanlı həmkarlarım arasında mənə qarşı mənfi fikir formalaşmışdır.  Mənim işgüzar nüfuzuma vurulmuş zərərin maddi dəyəri qiymətsiz olsa da, mən bu zərəri 500 000 manat həcmində dəyərləndirirəm.

Üçüncüsü, mən Tofiq Bəhramov adına Respublika stadionunun rəhbərliyi ilə müqavilə bağlayarkən ümid edirdim ki, mən 27 il ərzində həmin ərazini futbol məktəbi kimi istifadə etməkdə, davam etdirəcək, fəaliyyət sahəmi bir az da genişləndirməklə daha çox gəlir əldə edəcəyəm. Lakin Nərimanov RİH-nin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində mən əldə edəcəyim gəlirdən məhrum olmuşam. Nəzərə alsaq ki, mən futbol məktəbi açaraq fəaliyyətə başladığım vaxtdan etibarən fəaliyyətim nəticəsində kifayət qədər gəlir əldə etmişəm. Bundan sonra da fəaliyyətimə maneəsiz davam etsəydim, hər il ən azı ______ manat olmaqla, 2027-ci ilədək ________ manat gəlir əldə etmiş olardım ki, Nərimanov Rayon İcra Hakimiyyətinin və Nərimanov RPİ-nin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində mən əldə edəcəyim _________ manat gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşam.

Nərimanov RİH və Nərimanov RPİ-nin qanunsuz hərəkətləri nəticəsində mənə ümumilikdə ___________ manat həcmində zərər vurulmuşdur.

Yuxarıda qeyd edilənləri nəzərə almağınızı və əlinizdə olan imkanlardan istifadə edərək, mənə vurulmuş zərərin əvəzinin ödənilməsi məqsədi ilə ______________________

23 yanvar 2012-ci il

                                   Hörmət və ehtiramla:                                         / Mehmet Okur /

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir