76.79K baxış
0

Salam. Nigahlarina  Mehkeme  qaydasinda  xitam  verilmiw,  qacqinkom  terefinden  verilmiw  bir  otaqli  menzilde,  iki  duwmenin  yawamasi  hansi  qanunlarla  tenzimlenmelidir.  Ovladlari  yoxdur. Zehmet  olmasa  etrafli  melumat  verin. Tewkkur  edirem.  Elaqe  Tel: 050 700 30 19

0

Salam, Zakir bəy!

1. Əvvəla, boşananlar niyə düşmən olmalıdır? Çalışmaq lazımdır ki, insani münasibətlər pozulmasın, hər bir tərəf ləyaqətini, ədəbini, əxlaqını qorumağa çalışmalıdır.

2. Ancaq əgər reallıq artıq Siz deyən kimidirsə, məhkəmədə “mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə”  iddia qaldırın.

3. Təbii ki, məhkəmənin qərarından sonra da yaşamaq mümkün olmayacaq.

4. Qalır “kişilik qanunları”: səhhətinizi, əsəblərinizi və abrınızı qorumaq üçün evi qarşı tərəfə tərk edib çıxmaq daha doğrusudur. Ya dözüb yaşayacaqsan, ya abrın-həyan gedəcək, sağlamlığını itirəcəksən, ya da bir xəta çıxacaq əlinizdən, ya da… getmək.

5.İstənilən halda, “Qaçkınkom” bu problemin həllinə cəlb edilməlidir.

6ş İnsanlıq qanunları işləməyən yerdə rəsmi qanunlar da acizdir.

Səbr və dözüm arzulayıram sizə.