71.65K baxış
0

Salam. Cavabınız üçün təşəkkür edirəm. Qeyd etdiyim kimi kooperativ 1989-1990-cı illərdə yaradılıb. Qeyd etdiyiniz qanun o illere de şamil olunur?

0

“Kooperasiya haqqında”7 fevral 1996-cı il tarixli qanunun 7-ci maddəsinə əsasən,  ən az 3 nəfər olmalıdır.

Maddə 7. Kooperativin yaradılması qaydası

1.  Kooperativ üçdən az olmayan fiziki, yaxud fiziki və hüquqi şəxs tərəfindən yaradılır.

2.  Kooperativ yaratmaq arzusu olan şəxslər bu məqsədlə təşəbbüs qrupu yaradır. Təşəbbüs qrupunun vəzifələrinə aşağıdakılar daxildir:

pay haqqı fondunun həcmi və onun yaranma mənbələri göstərilməklə kooperativin nəzərdə tutuları istehsal – təsərrüfat fəaliyyətinin əsaslandırılması;

kooperativin nizamnamə layihəsinin hazırlanması;

kooperativ üzvlüyünə daxil olmaq barədə ərizələrin qəbulu;

kooperativ üzvlərinin təsis yığıncağının hazırlanması və keçirilməsi.

3.  Kooperativin təsis yığıncağı kooperativin yaradılması və onun üzvlüyünə daxil olma barədə qərar qəbul edir, kooperativin nizamnaməsini təsdiq edir, kooperativin idarəetmə və nəzarət orqanlarını seçir.

 

Siz 2 cavabdan 1-nə baxırsınız, bütün cavablara baxmaq üçün buraya sıxın.