Salam.1998-ci il tarixdə qaraj yeri üçün Sumqayıt şəhər Memarliq və şəhərsalma idarəsinə 106084 manat pul ödəmişəm.Bəs bu pulu nə üçün alıblar?Qəbzi hələdə özümdə saxlamışam.2.həmən ərazidə kristal abşeron bina inşa edir.Mənim fikrim budur ki,tikinti şirkəti qarajımı başqa bir yerə köçürsün.aramızda mübahisə yaranıb.Bildirir ki,İcra hakimiyyəti torpağı mənə verib və torpaqlar mənimdi qaraja görə 3000 manat pul təklif edir.Mən də bununla narazılığımı bildirdim.indi qalmışam belə.Siz mənə köməklik edin,şirkət qarajı öz hesabına köçürməyə borcludur,borcludursa məhkəmədə hansı iddiaları irəli sürməliyəm?Təşəkkür edirəm.
Salam, Qoşqar bəy.
Sizə qarşı qanunsuzluq olur.
Qaraj yeri barədə əlinizdə sərəncam və ödəmə qəbzləri varsa, deməli, “Kristal Abşeron”a verilən sərəncam qanunsuzdur və Siz həmin sərəncamın qismən (sizin torpağa münasibətdə) ləğv edilməsi üçün məhkəməyə müraciət edə bilərsiniz.
Siz bu barədə firma ilə əvvəl danışın, sizin tələbləri qəbul etməsələr, məhkəməyə müraciət edin və “iddianın təminat tədbiri kimi” tikintinin dayandırılmasını məhkəmədən xahiş edin.
Bu halda sizinlə hesablaşmağa məcbur olacaqlar.
Çətinliyə düşsəniz, etibar etdiyiniz bir hüquqşünasın hüquqi yardımından istifadə edin.
Sizə səbr və uğurlar arzulayıram.
Hörmətlə.
Salam, Sahib bəy.
Öncə, üzr istəyirəm ki, AzerFreedom TV-də işlərimin yoğunluğu üzündən vaxtında sizə cavab verə bilməmişəm.
Alqı-satqı müqaviləsi rəsmidirsə, yəni notarial qaydada təsdiq edilibsə, sizə edilən imtina qanunsuzdur, kadastr möhürü və ya nömrəsi bəhanədir. Bir idarə ləğv ediləndə onun hüquq və vəzifələri başqa bir orqana verilir. Oraya müraciət edin.
Ancaq siz imtina məktubunu rəsmi, yəni imza etməklə şəxsən və ya poçtla aldığınız gündən bir ay müddətində İnzibati Məhkəməyə müraciət edə bilərsiniz.
Yaxşı olar ki, etibar etdiyiniz bir vəkilin köməyindən istifadə edəsiz.
Hörmətlə.
