33.41K baxış
0

Salam.Bilmək istərdim mənim pensiya yaşım 2016-cı il iyun ayında tamam olub.Lakin hələ pensiyaya çıxmamışam.Bilmək istəyirəm əgər 2017-cı ildə pensiya yaşı artırılsa mənim pensiyam hansı ildən hesablanacaq. Çox saqolun.

0

Salam. Mərdan bəy.

“Əmək pensiyaları haqqında” Qanunun  31.1-ci maddəsinə  (əmək pensiyasının təyin olunması üçün müraciət və əmək      pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri) əsasən, “ Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.”

Vətəndaşların vəziyyətini ağırlaşdıran qanunların geriyə qüvvəsi yoxdur.

Atanız pensiya almaq hüququ yarandığı gündən pensiyasını alacaq, qanunun dəyişməsi onun hüquqlarına təsir etmir.

Narahat olmayın.

Problem yaratsalar (bizimkilər bu işin ustasıdırlar), ofisimizə müraciət edə bilərsiniz.

Hörmətlə. 

Siz 2 cavabdan 1-nə baxırsınız, bütün cavablara baxmaq üçün buraya sıxın.