Salam Qurban müəllim.Dəyərli məsləhətinizə görə öz minnətdarlığımı Sizə bildirirəm.Mən oğlumun adına olan vəsiyyətnaməylə vərəsəliyinə görə notariusda oldum .Məndən forma-2 ,anam Səliməxanımın ölənə kimi yaşayış yerindən arayış və anamın adına kupçanı tələb edirlər.Kupça ölən sayılan qardaşım İdrisin uşaqlarında olduğundan onu vermirlər.Bu halda mən kupçanı necə əldə edə bilərəm və ya bu kupçasız vərəsilikdə keçinmək olar.İdris özü rəhmətə gedib uşaqları oğlumun vərəsəlik iddiasında olan ünvanda qeydiyyatda deyillər.Gələcəkdə onlar vərəsə kimi iddia qaldıra bilərlər?Çox sağ olun.
Salam, Bəhlul bəy.
Çox sadə. Siz qardaşınızın və notariusun olduğu rayonun məhkəməsinə müraciət edib qardaşınızın və ananızın adına verilmiş vərəsəlik şəhadətnamələrin etibarsız hesab edilməsi barədə iddia qaldırın. Digər vərəsələri və sizin adınıza olan vəsiyyətnaməni gizlətdiklərinə görə, onlara verilən vərəsəlik şəhadətnamələri ləğv ediləcək. Hətta siz həmin qardaşınızı “ləyaqətsiz vərəsə” elan etmək üçün məhkəmədə iddia da qaldıra bilərsiniz.
Bununçün Siz həmin notariusa müraciət edib vərəsəlik işinin materiallarının surətlərini alın. Notarius onları sizə verməyə borcludur. çünki siz də vərəsəsiz.
Yaxşı olar ki, inanıb, etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edəsiniz.
Hörmətlə.
