77.95K baxış
0

Salam. Mənim aylıq əməkhaqqım 470 manatdır. Ailə tərkibim 5 nəfərdir. Yoldaşım, mən və 3 azyaşlı uşaqlarım. Mənim kapital banka kreditim var. kapital bankla prablemim yoxdu, onu ödəyirəm. Turanbanka olan kreditimi bir ara ödüyə bilmədim. Borcumun üstünə faiz yığıldı. Hal-hazırda məni məhkəməyə veribki əməkhaqqımdan tutulsun. Bilmək istəyirəmki mənim əmək haqqımdan aylıq nə qədər tutula bilər. Çox sağ olun.

0

Salam, Ehtiram bəy.

Neçə banka borcunuz olursa-olsun, əmək haqqınızın 50 faizindən çox tutula bilməz. Həmin 50 faiz banklar arasında bölünməlidir.

Bu barədə ətraflı cavabı başqa suallara verdiyim cavablardan da öyrənə bilərsiniz. Anoloji suallar çox verilib.

Hörmətlə.

0

Salam, Sakit bəy.

Siz Mülki Məcəllənin 421-424-cü maddələrinə uyğun olaraq, müqavilənin ləğvinə çalışın. Bununçün nə etməli olduğunuzu, bu səhifədə yuxarıda sağdakı “sənədi endir” bölməsindən öyrənin.

Uğurlar. Hörmətlə.