23 il işlədiyim İdman məktəbindən muəyyən səbəbdən 3 ay aralanmişam əmək muqaviləmə xitam verilib bundan sonra işlədiyim həmin idman məktəbində vakant iş yeri oldugu ucun umumi qaydada ərizə verib işə qəbul olunmagimi xahiş etmişəm Rəhbərlik isə hec bir əsas olmadan məni yox məndən 1 ay sonra ərizə ilə muraciət edən şəxsi işə qəbul edib. Mən sizin məsləhətinizlə ƏM -nin 12-ci maddəsinə əsasən Məhkəməyə muraciət edib direktorun məsuliyyətə cəlb olunmasini və mənim işə qəbul olunmagim barədə qərar qəbul olunmasini xahiş etmişəm.Hormətli Qurban muəllim sizdən xahiş edirəm bu məsələni huquqi qaydada aciqlayin — Məhkəmə mənim işə qəbul edilməyim haqqinda qərar qəbul edə bilərmi.
Salam, Elşad bəy.
Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “f” bəndlərinə əsasən, “b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq;” əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir.
Sizin əmək hüququnuz pozulmuş, Sizə qarşı ayrı-seçkiliyə yol verilmişdir.
Buna görə də, işəgötürənin hərəkətləri məhkəmə tərəfindən qanunsuz hesab edilməli, Sizinlə əmək müqaviləsi bağlanması vəifəsi işəgötürənin üzərinə qoyulmalıdır.
Təbii ki, bu, qanunun tələbidir. Təəssüf ki, bizdə qanunlar işləmir və təcrübədə-məhkəmə təcrübəsində belə hallar, bəlkə də, olmayıb.
Ancaq Siz israrla mübarizə aparın və mən deyən iddia ilə məhkəməyə müraciət edin.
Məsələni ictimailəşdirin.
ALLAH(c.c) böyükdür. Qələbə sizinlə olar, İNŞALLAH !
Uğurlar.
