Salam Qurban Bəy ! Vətəndaşa Yoldaşliq Bagciliq Birliyinin uzvlərinə 1988-ci il tarixli qərarla 4 sot torpaq sahəsi verilib bag evi tikmək bagciligi inkişaf etdirmək ucun vətəndaşda həmin sahədə bag salib ev tikib. İndi Daşinmaz əmlakin Dovlət reyestri xidmətinə ərizə ilə muraciət edib bildirib ki, Həmin torpaga huquqverici sənəd olan Cixariş verin. Daşinmaz əmlakin Dovlət reyestr xidməti qonşuda yaşayan bir qadinin sozunə gorə Kardinat arayişi sərhədi cəkməkdən imtina edib ki Qonşu razi deyil və bildirib ki bura mənim mulkumdur onun ucun mən sərhədi cəkmədim Get məhkəməyə ver məhkəmə ayird eləsin . Həmin qonşu bundan urəklənib Vətəndaşin evini və torpaq sahəsini zəbt edib . Məhkəmədə deyir ki , Cixarişin olmasa mən həmin qadini oradan cixartdira bilmərəm Hormətli Qurban bəy xahiş edirəm bu işə oz munasibətinizi bildirin..Burada vətəndaş nə etməlidir Daşinmaz əmlak Cixariş vermir Məhkəmədə Cixarişsiz iddiani rədd edir ? ? ?
Salam, Elşad bəy.
1.Əvvəla, qanunsuz sahiblikdən əmlakın geri tələb edilməsi üçün mütləq mülkiyyətçi olma tələb edilmir. Məhkəmənin Çıxarış tələb etməsi qanunsuzdur. Vətəndaşa Yoldaşliq Bagciliq Birliyi tərəfindən 1988-ci il tarixli qərarla 4 sot torpaq sahəsi verildiyi andan onun istifadə və sahiblik hüquqları var.
MM-nin 158-ci maddəsinə (mülkiyyətçi olmayan şəxslərin hüquqları) əsasən,
“158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:
158.1.1. girov hüququ;
158.1.2. əmlakdan istifadə hüququ;
158.1.3. servitutlar.
158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.
158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.”
Bu maddənin 158.1.2-ci maddəsindən gördüyünüz kimi, “əmlakdan istifadə hüququ” da əmlak hüququ sayılır. Vətəndaşın bu hüququ 1988-ci ildən yaranıb. MM-nin 157.2-ci maddəsinə əsasən, “mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.” Dedik ki, “əmlakdan istifadə hüququ” da əmlak hüququ sayılır və bu da qanunsuz sahiblikdən qorunmalıdır, yəni geri tələb edilə bilər. Bir daha təkrar edirəm, vətəndaşın sahibliyində və istifadəsində olmuş torpaq sahəsinin geri tələb edilməsi üçün onun mülkiyyət hüququnun qeydə alınması, ona Çıxarış verilməsi vacib deyil. Hakim vətəndaşı aldadır.
2. Vətəndaş DƏDRX-in imtinasından məhkəməyə müraciət etməli, məhkəmə qaydasında, mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin DƏDRX-in üzərinə qoyulması barədə iddia qaldırmalıdır. Qonşunun ərizəsi, əgər ərizəyə qonşunun həmin torpağa dair hər hansı hüququnun olmasını göstərən rəsmi sənədlər (hüquq müəyyənedici sənədlər) qoşulmamışsa, DƏDRX-in imtinası üçün əsas ola bilməz. Yox əgər, qonşuda da hansısa sənədlər varsa, onda mübahisə yalnız məhkəmə qaydasında həll edilməlidir.
3. Belə işlər, hörmətli Elşad bəy, ixtisaslı yardım tələb edir. Məsləhət görərdim ki, inandığınız, tanıdığınız, sizi satmayacağına əmin olduğunuz, etibar etdiyiniz bir hüquqşünasın yardımından istifadə edin.
Hörmətlə. Sizə bolluca səbr və uğurlar arzulayıram.
