106.61K baxış
0

Qurban bey salam.Demek isteyirem ki qardawimin adina Qobu qesebesinde 8 sot torpaq sahesi var.Bu yaxinlarda qardawim bu torpaq sahesini 30 il muddetine etibarname ile boyuk oqluna oturdu.Indi bilmek isteyirem oyrenemki bu erazide tikinti iwlerine bawlamaq olarmi?Bunu qanuni yola nece etmek olar?Mene meslehet verin.Tewekkur edirem.

0

Salam, Mirsabit bəy.
1. Etibarnamə mülkiyyət hüququ yaratmır. Etibarnaməni verən ölən kimi etibarnaməyə xitam verilir. Ona görə də, etibarnamə ilə “ötürmək” olmaz.
2. Tikinti məsələsi torpağın təyinatı ilə bağlıdır. Torpaq əgər kənd təsərrüfatı təyinatlıdırsa, orada əsaslı tikinti aparmaq olmaz. Yox əgər torpaq ev tikmək məqsədilə xüsusi9 mülkiyyətə verilıibsə:
— torpaq üzərində hüququnuzu təsdiq edən sənədi və tikmək istədiyiniz evin rəsmi firma tərəfindən çəkilmiş layihəsini (hündürlük 12 metrdən çox deyilsə) məlumatlandırmaq məqsədilə Rayon İH-ə təqdim edirsiniz (ya poçt vasitəsilə, ya da şəxsən). Bir ay gözləyirsiniz. Bu müddətdə Rayon İH ya sizə əsaslandırılmış imtina məktubu verməlidir, bu halda sizin İnzibati Məhkəməyə müraciət etmək hüququnuz yaranacaq, ya razılıq verməlidir, bu halda tikmcəksiniz, ya da bu müddət bitənədək cavab verməyəcək, bu halda da tikəcəksiniz. Susmaq razılıq əlamətidir.
Hörmətlə.