Qurban muellim xahis edirem sualimi cavablandirardiz. Men evi kiraye vermek isteyirem icare muqavilesi dovlete vergi odemek serti ile men bilmek isteyirem eger evde qalan kireyeci ne vaxtsa her hansi problem yasasa, basina bedbext hadise gelse yaxud is polislik olsa ve s. istenilen hadisede o muqavile meni qoruyurmu? Yoxsa men kirayesinin her hansi bir agilsiz hereketine gore mesuliyete celb olunuram? Meselen, bir-birine xesaret yetirdiler, esya-mallari ogurlandi, exlaqsizliqla mesgul oldular ve s.
Salam, Nicat bəy.
Siz yalnız 14 faiz vergi ödəməyə borclusunuz.
Qeyd etdiyiniz problemlər sizi bağlamaz. Belə məsələlərə görə Sizi polisə çağırsalar, dərhal, yaxşı olar ki elə öncədən, bir hüquqşünasla müqavilə bağlayın, polisə yalnız nümayəndə ilə birlikdə gedin. İstənilən halda, o problemlərə görə siz məsuliyyət daşımırsınız. Ancaq elektrik xətlərindəki nasazlıq və mənzili icarə verərkən, icarəçilərdən gizlətdiyiniz nöqsanlara görə nəsə bədbəxt hadisə baş verərsə, siz cavabdeh olacaqsınız.
Hörmətlə.
