79.74K baxış
0

Salam. Her vaxtınız xeyir. Yəni ki Aqrar islahatlar vaxtı sehven adam başına düşen bölgü düzgün aparılmayıb. Meselen 5 nefer aile üzvlerimizin sayına göre hereye 70% torpaq düşürdüse sehven 3 neferin adına veribler

0

Salam, Hörmətli Elmir bəy.

1. Sualınızı dəqiqləşdirin. aydın verin. Nə deməkdir: “hərəyə 70 faiz torpaq düşürdüsə..”?

2. Aqrar islahat komissiyasının qərarından şikayət müddəti 20 gündür. Anca qmülkiyyət hüququnun müdafiəsi ilə bağlı müddət yoxdur.

3. Sualınızı dəqiqləşdirin: 5 nəfərə verməl olduqları halda, yəni hər birinin payı nəzərə alınmaqla, cəmisi 3 nəfərə veriblər, yoxsa, 5 nəfərə verilən paylar texniki səhv nəticəsində yalnız 3 nəfərin adına rəsmiləşib? Sizin problem torpağın sahəsi ilə bağlıdır, yoxsa, “Dövlət aktı”nda ailə üzvlərinin hamısının adının göstərilməməsi ilə bağlıdır?

4.Əgər 2 nəfər ailə üzvünün payı verilməyibsə, əvvəl Rayon İH-nin nəzdində olan Aqrar İslahat Komissiyasına, mənfi cavab alsanız, məhkəməyə müraciət edin.

5. Sənəddə, yəni “Dövlət aktı”nda düzəlişlə bağlı isə, əvvəl onu verən orqana (hüquqi varisinə), sonra da məhkəməyə müraciət edə bilərsiniz.

6. Yaxşı olar ki, savadlı, satılmayan, dürüst bir hüquqşünasın köməyindən istifadə edəsiniz. Bu məsələ olduqca çətindir və mütəxəssis yanaşması tələb edir.

Hörmətlə.

Siz 1 cavabdan 1-nə baxırsınız, bütün cavablara baxmaq üçün buraya sıxın.