93.87K baxış
0

Salam. Qurban müəllim sizi narahat etdiyimiz üçün üzür istəyirik. Xalqa etdiyiniz bu kömək üçün sizə bir daha minnətdarıq. Xahiş edirəm bir məsələyə aydınlıq gətirəsiniz. Beləki, 1989-1990-cı illərin qanunvericiliyinə uyğun sahibkarlıq fəaliyyəti üçün kooperativin istifadəsinə torpaq sahəsi ayrılıb. 2002-ci ildə həmin torpaq sahəsinə və torpaq sahəsinin üzərində olan tikiliyə qeydiyyat vəsiqəsi-texniki pasport verilib. Bu atrıq torpaq sahəsinin mülkiyət hüququ almağımız deməkdir yoxsa tam mülkiyyət hüququ əldə etməyimiz üçün əlavə nəsə etməliyik? Əgər əlavə olaraq nəsə etməliyiksə xahiç edirəm bizi başa salın. Minnətdaram

0

Salam, hörmətli Emir bəy.

1. Sualınızda başa düşə bilmədiyim bir nüans var. Dövlət aktında göstərilənlərlə “Torpaq sahəsinin planı və ölçüsü”ndəki ölçülər üst-üstə düşmür, yoxsa naturada sizə verilən torpaqla sənədlərdəki ölçülər? 

2. O vaxt qüvvədə olan qanunlara əsasən, islahat komissiyasının qərarı maraqlı şəxsə məlum olduğu gündən 20 gün müddətində şikayət verilməli idi. Niyə bu qədər gecikmisiniz? Dövlət aktını nə vaxt almısınız? Göstərdiyiniz ziddiyyətlər sizə nə vaxt məlum olub? Nə tədbirlər görmüsünüz vaxtında? Bu suallara aydınlıq gətirilməlidir.

3. Əgər sizin əlinizdəki sənədlərdə göstərilən sahənin koordinatları başqa adamın torpağı ilə üst-üstə düşürsə, siz əvvəl rayon İH nəzdində olan aqrar islahatlar komisiyasına müraciət edin. Çünki yerli islahat komissiyaları ləğv edildikdən sonra onların səlahiyyətləri və arxivləri rayon İH-nin nəzdində fəaliyyət göstərən “Rayon aqrar islahat komissiyaları”na verilib.

4. Komissiyanın cavabından narazı qaldığınız halda, ərazi üzrə İnzibati-İqtisadi Məhkəməyə müraciət etməlisiniz.

5. Belə işlər ixtisaslı hüquqi yardım tələb edir. Əvvəla, bu platforma sizin istəklərinizə tam cavab vermək üçün uyğun deyil. Mənim o qədər vaxtım və imkanım yoxdur ki, sizə iddia ərizəsinin predmeti və s. barədə uzun-uzadı yazam. İkincisi, məsləhət görürəm ki, tanıdığınız, etibar etdiyiniz və inandığınız bir hüquqşünasın köməyindən mütləq istifadə edin. Hüquqşünas yardımına çəkəcəyiniz xərc sizi daha böyük itkilərdən, xərclərdən qoruyar. Əmin olun!

Sizə uğurlar arzulayıram.

Hörmətlə.

Siz 2 cavabdan 1-nə baxırsınız, bütün cavablara baxmaq üçün buraya sıxın.