121.94K baxış
0

Salam. Qurdan müəllim mənə bir neçə nəfər yaxın qohumun etibarnamə verib. El arasinda generalni davernis deyirik, hansı ki, onların hər bir işini görmək səlahiyyəti verilib mənə. Etibarnamədə mənim şəxsiyyət vəsiqəmin nömrəsi qeyd olunub amma FIN kod qeyd olunmayib. İndi şəxsiyyət vəsiqəm dəyişilməlidir. Bildiyimə görə Ş/V dəyişiləndə FİN kod dəyişilməz olaraq qalır amma seriya nömrəsi dəyişilir. Belə olan halda etibarnamədə olan Ş/V nömrəsi ilə faktiki Ş/V nömrəsi düz gəlməyəcək. Bu halda qayda-qanun necə olmalıdır, mən nə etməliyəm?

0

Salam.

Şəxsiyyət vəsiqəsinin dəyişilməsi etibarnaməyə xitam verməz.

Etibarnamə adama verilir, kağız parçasına (ş.v) yox.

Sürücülük vəsiqəsi dəyişəndə sürücülük hüququna xitam verilirmi?

Yenidən imtahan vermək tələb edilirmi?

hörmətlə.