Salam, Ruslan bəy.
1. Bankın nə vaxt məhkəməyə müraciət edə bilməsi üçün müqavilənizdə bənd var, müqaviləyə diqqətlə baxın.
2. Qanuna görə, tərəflədən biri-tələbkar, kreditor görsə ki, borclu öz öhdəliklərini gələcəkdə də icra edə bilməyəcək, müqavilədə nəzərdə tutulduğu vaxtdan əvvəl də müqavilənin xitamını tələb edə, verdiyini geri ala bilər.
Mülki Məcəllənin 447.4-cü maddəsinə əsasən, “müqavilədən imtina üçün əsasların baş verəcəyi aşkar olduqda kreditor müqavilədən icra müddəti qurtaranadək imtina edə bilər.”
Hörmətlə.
