Sübutların tələb edilməsinə dair VƏSATƏT

Paylaşın

Şirvan Apellyasiya Məhkəməsinin CK-na

(sədrlik edən hakim: İsmayıl Əhmədov)

Zərərçəkmiş şəxs: Xəmmədov Abdul Qaran oğlunun

Etibarnamə üzrə nümayəndəsi

Məmmədov Qurban Cəlal oğlu tərəfindən

Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8

Əlaqə tel.: (050) 200-66-10, (012) 567-46-62

 

Sübutların tələb edilməsinə dair

 

VƏSATƏT

 

Hörmətli hakimlər!

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: Nizami Quliyev, hakimlər: Rəşid Hüseynov və Oruc Cəlilov, iş N 1(089)-39/2013) 11 fevral 2013-cü il tarixli hökmündən verilmiş şikayətlər üzrə cinayət işi Sizin icraatınızdadır.

Apellyasiya şikayətimdə də göstərdiyim kimi, hazırkı cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılarkən mən vəsatətlə məhkəməyə müraciət edərək, (051) 552-03-69, (051) 948-55-70 və (051) 331-02-44 mobil nömrələrindən (051) 368-85-98 mobil nömrəsinə 01 yanvar 2012-ci il tarixindən 21 sentyabr 2012-ci il tarixinədək gedən bütün SMS və MMS-lərdən “çıxarış”ların, “Azercel Telekom” MMC-dən tələb edilərək araşdırılmasını xahiş etsəm də, vəsatətim heç bir əsas olmadan təmin edilməmişdir.

Həmin sübutlarla mərhumənin Cavad Rəfiyevə mesaj yazmadığı, şəkil göndərmədiyi və ya göndərilibsə həmin şəkilləri və mesajları mərhumə Vəfa Əliyevanın yox hansısa üçüncü şəxsin göndərdiyi müəyyən ediləcəkdir.

Mərhumənin Cavad Rəfiyevin istifadəsində olmuş (051) 368-85-98 mobil nömrəsinə özünün, yoldaşı Elnurun, hətta atası Abdul Xəmmədovun istifadəsində olan mobil telefonlardan qısa mesajlar və şəkillər göndərdiyi barədə yazılanlar həqiqəti əks etdirmir.

Çünki mərhumə Vəfa Əliyeva tamamilə savadsız olmuş, yazıb-oxumağı bacarmamışdır.

Buna baxmayaraq, iş üzrə şahid kimi dindirilmiş Rəfiyev Cavad Fərhad oğlu öz ifadəsində göstərmişdir ki, guya mərhumə Vəfa Əliyeva özünün, əri Elnur Əliyevin və atasının istifadəsində olan mobil telefonlardan (nömrələrdən) onun istifadəsində olan mobil nömrəyə mesajlar yazmış, şəkillər göndərmiş və zənglər etmişdir.

Birinci instansiya məhkəməsi bütün bunları əsas götürərək hadisənin qısqanclıq zəminində törədildiyi nəticəsinə gəlmiş və AR Ali Məhkəməsi Plenumunun 12 dekabr 2011-ci il tarixli 3 saylı qərarına istinad etmişdir.

Halbuki, mərhumə Vəfa Əliyevanın Cavad Rəfiyevlə yaxın münasibətlərdə olduğu faktı tam və hərtərəfli araşdırılmamış, zəruri sübutetmə vasitələri ilə təsdiq olunmamışdır. Həmin faktın, yəni mərhumənin Cavad Rəfiyevlə, həqiqətən də, yaxın münüsibətlərdə olduğu yalnız mərhumə Vəfa Əliyevanın istifadəsində olan (051) 552-03-69, əri Elnur Əliyevin istifadəsində olan (051) 331-02-44 və atası Abdul Xəmmədovun istifadəsində olan (051) 948-55-70 mobil nömrələrindən  Cavad Rəfiyevin istifadəsində olan (051) 368-85-98 mobil nömrəsinə 01 yanvar 2012-ci il tarixindən 21 sentyabr 2012-ci il tarixinədək gedən bütün SMS və MMS-lərdən “çıxarış”ların, “Azercel Telekom” MMC-dən təlb edilərək məhkəmə istintaqı vasitəsi ilə  araşdırılması nəticəsində öz təsdiqini tapa bilərdi.

Qeyd edilən məlumatların vereilməsi üçün  direktoru olduğum “Çalxan” MMC vasitəsi ilə “Azercel Telekom” MMC-yə sorğu ilə müraciət etsəm də, mənə 13 fevral 203-cü ilı tarixdə 3031 saylı cavab məktubu verilmiş və izah edilmişdir ki, qeyd edilən məlumatlar yalnız mənkəmə qərarı ilə verilə bilər.

Həmin məlumatların tələb edilməsi onun üçün zəruridir ki, mərhumanənin yaxın qohumlarının bildirdiyinə görə, mərhumənin baldızı onun adından Cavad Rəfiyevə mesajlar yazmış, şəkillər göndərmiş və onunla görüşmüşdür. Elnur Əliyev öz bacısının həmin hərəkətlərini başa düşdükdən sonra vəziyyəti aydınlaşdırmaq üçün Cavad Rəfiyevi evlərinə çağırmış, mübahisə düşdüyü vaxt Elnur Əliyev bacısını bıçaqla vurmaq istəyərkən mərhumə özünü qabağa vermiş və bıçaq ona dəymişdir. Sonradan hadisənin əsl mexanizmini gizlətmək üçün mərhumənin Cavad Rəfiyevlə yaxın əlaqədə olduğu görünüşünü yaratmağa cəhd etmişlər.

Yuxarıda qeyd edilənlərə əsasən,

XAHİŞ EDİRƏM:

Mərhumə Vəfa Əliyevanın istifadəsində olmuş (051) 552-03-69, əri Elnur Əliyevin istifadəsində olmuş (051) 331-02-44 və atası Abdul Xəmmədovun istifadəsində olan (051) 948-55-70 mobil nömrələrindən  Cavad Rəfiyevin istifadəsində olmuş (051) 368-85-98 mobil nömrəsinə 01 yanvar 2012-ci il tarixindən 21 sentyabr 2012-ci il tarixinədək gedən bütün SMS və MMS-lərdən “çıxarış”lar, “Azercel Telekom” MMC-dən təlb edilərək məhkəmə istintaqı vasitəsi ilə  araşdırılsın və iş materiallarına əlavə edilsin.

Qoşma: “Azercel Telekom” MMC-nin 13 fevral 2013-cü il tarixli 3031 saylı cavab məktubunun surəti.

25 aprel  2013-cü il

                                                      İmza:                                     Q.C.Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir