“Sübutun iş materiallarına əlavə edilməsi barədə” VƏSATƏT Azərbaycan Respublikasının 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Hakimi Xaliq İmanov cənablarına
Azərbaycan Respublikasının
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin
Hakimi Xaliq İmanov cənablarına
Cavabdeh: Okur Mehmet Hicabi oğlu
Ünvanı: Bakı şəhəri, Fətəli Xanxoyski 98
“Sübutun iş materiallarına əlavə edilməsi barədə”
VƏSATƏT
Möhtərəm hakim!
Azərbaycan Respublikası “Tofiq Bəhramov” adına Respublika Stadionunun direktoru Akif İsmayılovun mənə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və s.” barədə iddia ərizəsi üzrə mülki iş Sizin icraatınızdadır.
Mən, 2007-ci ilin mart ayının 2-də 400 (dörd yüz) ABŞ dolları məbləğində pulun “Tofiq Bəhramov” adına Respublika stadionunun əməkdaşı Müşviq Cəbrayılov vasitəsilə iddiaçı Akif İsmayılova verildiyini təsdiq edən və Müşviq Cəbrayılov tərəfindən də imzalanmış qəbzi bu vəsatətə əlavə edirəm və sübut növü kimi qəbul edilərək iş materiallarına əlavə edilməsini, Sizdən xahiş edirəm. Həmin qəbzlə tam sübut olunacaqdır ki, mən, iddiaçı ilə aramızdakı icarə müqaviləsi bağlandığı gündən təxminən 2007-ci ilin sonlarınadək, iddiaçı Akif İsmayılova 200 ABŞ dolları icarə haqqından əlavə, “Respublika stadiona maddi yardım” adı altında əlavə 200 ABŞ dolları ödəmişəm.
Qoşma: 02 mart 2007-ci il tarixli qəbz.
18 noyabr 2011-ci il
İmza: / Okur Mehmet /