T Ə K L İ F – “AGBank” ASC-nın idarə heyətinin sədrinə – “20 may 2014-cü il tarixli, 120.LN.2102.200514.00001 saylı müqavilənin şərtlərinin dəyişdirilməsi barədə”

Paylaşın

                                                                                                                                                 

“AGBank” ASC-nın idarə heyətinin sədrinə

 

20 may 2014-cü  il tarixli, 120.LN.2102.200514.00001 saylı “Krediti Müqaviləsi” üzrə

Borclu: Ağəliyev İlham Əliağa oğlu tərəfindən,

 

Ünvanı: Bakı şəh.,Səbail ray., E.Əzizov küç.,65, ev Ö/T 129

Əlaqə tel.: (070) 377-77-70

                                                                    

“20 may 2014-cü  il tarixli, 120.LN.2102.200514.00001 saylı müqavilənin şərtlərinin dəyişdirilməsi barədə”

 

T Ə K L İ F

 

Hörmətli sədr!

Həmin müqavilə ilə mən “AGBank” ASC-nin Nərimanov filialından, illik 22 (iyirmi iki) faiz ödəmə şərti ilə 65 000 (altmış beş min dollar) manat məbləğində kredit götürmüşəm.

Lakin ölkədə hökm sürən hal-hazırki mövcud durumla bağlı, biznes mühiti korlandığına görə, hamı kimi  mənim də  işlərim pozulmuşdur.  Mənim, artıq əvvəlki səviyyədə, biznes fəaliyyətimlə məşğul olub qazana bilmirəm və  devalvasiyadan əvvəl olduğu kimi sabit, normal  gəlirim yoxdur.

Mərkəzi Bankın manatın 9 ay ərzində 100 faizdən artıq devalvasiya edilməsi haqqında qərarı, mənim öz öhdəliklərini yerinə yetirmək vəzifəmin icrasını mümkünsüz etmişdir.

Hörmətli sədr!

AR Mülki Məcəllənin  556-cı maddəsinin tələblərinə görə,

556.1. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.

556.2. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz.

Həmin məcəllənin  557-ci maddəsinə görə,

557.1. Dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Bu halda dövlət və ya bələdiyyə vurulmuş ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant qismində çıxış edir və bunun nəticəsində zərər çəkmiş tərəflər bu Məcəllənin 19 və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər.

557.2. Öhdəliyin xitamı üçün əsas olmuş dövlət və ya bələdiyyə orqanının aktı müəyyənləşdirilmiş qaydada etibarsız sayıldıqda, əgər tərəflərin razılaşmasından və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə və öhdəliyin icrasına kreditorun marağı itməyibsə, öhdəlik bərpa edilir.

Hörmətli sədr!

Ölkədə baş verənlərlə bağlı hazırkı durum, hüquqi dildə desək, “ Fors-major” halıdır. Mlki qanunvericiliyə görə isə, bu halda vətəndaş məhkəməyə müraciət edə, öz hüquqlarını və maraqlarını  məhkəmədə müdafiə edə bilər.

Azərbaycan Respublikasının  MPM-nin 4-cü maddəsinə əsasən,

 

4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.

Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinin tələblərinə görə, “əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir”.

Qanunun bu tələbi isə, sizin bank tərəfindən pozulmuş, müqavilədə faizlərin bir ilin başında yox, aylar üzrə ödənilməsi nəzərdə tutulmuşdur ki, bu hal da  müqavilənin, AR MM-nin 337-ci maddəsinə (bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər) uygun olaraq etibarsız əqd kimi mübahisələndirilməsinə əsasdır.

Həmin məcəllənin  422.1-ci yarımmaddəsinə əsasən isə, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.”

Hörmətli sədr!                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    

Ölkəmizdə baş verənlərlə bağlı, hazırkı iqtisadi durumu nəzərə alaraq,

 

                                 TƏKLİ F  EDİRƏM :

 

  1. “Kredit müqaviləsinin 2.1 bəndində göstərilən, illik 22 faiz dərəcəsi aşağı salınaraq 10  faiz həddində saxlanılsın və  ödənişlərin vaxtı  uzadılsın”.
  2. Müqavilənin 5.1-ci yarımbəndi dəyişdirilərək  aşağıdakı məzmunda yazılsın:

“Bu müqavilə üzrə əsas borc, müqavilənin tərkib hissəsi olan “Ödəniş cədvəli”nə (Əlavə №1) uyğun olaraq aybaay, illik borc faizləri isə hər bir ilin sonunda ödənilməlidir”.

Hörmətli sədr!

Bu təklifimə 10 gün müddətində münasibət bildirməyinizi xahiş edirəm.

Cavab verməyəcəyiniz və ya mənim təkliflərimi qəbul etməyəcəyiniz halda, AR Mülki Məcəlləsinin 423.2-ci maddəsinə uyğun olaraq, məhkəməyə müraciət edəcəyəm.

Hörmətlə, borclu – Ağəliyev İlham Əliağa oğlu

 

Qeyd: Başqa şərtlər də təklif edilə bilər.

 

12 yanvar 2016-cı il

Imza:                                                  /İ. Ə.Ağəliyev/