Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydalarının, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydasının və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydasının təsdiq edilməsi haqqında

Paylaşın

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquq tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 297 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydalarının, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydası və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydası” təsdiq edilsin (əlavə olunur).

1-1. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılığın verilməsini, ölkələrarası övladlığa götürmə məsələləri üzrə zəruri tədbirləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməklə həyata keçirir.[1]

  1. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 20 sentyabr 2000-ci il
№ 172

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 2000-ci il 20 sentyabr tarixli, 172 nömrəli qərarı ilə

 TƏSDİQ EDİLMİŞDİR

 Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydaları, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydası və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot

 QAYDASI

 I. ÜMUMİ MÜDDƏALAR

 Bu Qaydalar valideyn himayəsindən məhrum olan uşaqların ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar ailəyə), bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olan və ya yetim uşaqlar üçün nəzərdə tutulmuş tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrinə və digər analoji müəssisələrə verilməsi məqsədi ilə mərkəzləşdirilmişuçotunun, övladlığa götürülən uşaqların saxlanması, tərbiyəsi və təhsili şəraitinə nəzarəti həyata keçirmək məqsədi ilə övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş uçotunun, habelə uşaqları övladlığa götürməyi arzu edən şəxslərin və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması qaydalarını müəyyən edir. [2]

II. VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARIN UÇOT QAYDALARI

 1.1. Valideyn himayəsindən məhrum olan uşaqların ilkin uçotunu yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları (bundan sonra—qəyyumluq və himayə orqanları), mərkəzləşdirilmiş uçotunu 3 yaşına qədər uşaqlar üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı uşaqlar üzrə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ümumi uçotunu isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir. [3]

 1.2. Valideyn himayəsindən məhrum olan uşaqların ilkin uçotunu uşağın faktiki olduğu yerin qəyyumluq və himayə orqanları həyata keçirirlər.

 1.3. Valideyn himayəsindən məhrum olan uşaqlar haqqında məlumatlara malik doğum evləri məktəbəqədər, ümumtəhsil, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri və başqa vətəndaşlar bu məlumatları qəyyumluq və himayə orqanına verməyə borcludurlar. [4]

 1.4. Qəyyumluq və himayə orqanları valideyn himayəsindən məhrum olan uşaqlar haqqında məlumatları aldıqdan sonra 3 gün müddətində uşağın həyat şəraiti, valideynləri və yaxın qohumlarının himayəsindən məhrum olma faktını dəqiqləşdirir və bu məlumatları forması 1 nömrəli əlavədə müəyyən olunan valideyn himayəsindən məhrum olan uşaqların ilkin uçot kitabında qeyd edir.

 1.5. Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların yerləşdiyi tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrin rəhbərləri həmin uşaqların tərbiyə olunmaq üçün ailəyə verilməsinin mümkün olduğunu bildikdə, 7 gün müddətində qəyyumluq və himayə orqanına bu barədə məlumat verməyə borcludurlar.

 1.6. Qəyyumluq və himayə orqanları tərəfindən uşaq haqqında məlumatlar alındıqdan sonra 1 ay ərzində uşağın yerləşdirilməsinin təmin edilməsi mümkün olmadıqda, həmin uşaq haqqında sənədlər forması 2 nömrəli əlavədə müəyyən olunmuş və qəyyumluq və himayə orqanları tərəfindən doldurulmuş valideyn himayəsindən məhrum olan uşaqların məlumat vərəqəsi ilə birlikdə mərkəzləşdirilmiş uçota alınmaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, ümumi uçota alınması üçün isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərilir. Valideyn himayəsindən məhrum olan uşağın məlumat vərəqəsinin bir nüsxəsi qəyyumluq və himayə orqanında saxlanılır. [5]

 1.7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qəyyumluq və himayə orqanlarından daxil olan məlumatları forması 3 nömrəli əlavədə müəyyən edilmiş valideyn himayəsindən məhrum olan uşaqların mərkəzləşdirilmiş uçot kitabında qeyd edirlər, ümumi uçota alınmaq üçün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edirlər və bu məlumatların əsasında valideyn himayəsindən məhrum uşaqlar haqqında məlumatlar toplusunu formalaşdırırlar. Bundan sonra uşaqların tərbiyə olunmaq üçün ailələrdə yerləşdirilməsinə yardım edirlər, tərbiyə etmək üçün götürmək istəyən şəxslər üçün uşaq seçirlər, uşağın övladlığa götürülməsi məsələsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi üçün qəyyumluq və himayə orqanına məlumatlar verirlər.  [6]

 1.8. Valideynlik hüquqları bərpa edildikdə, uşaq övladlığa götürüldükdə və uşaq haqqında məlumatların dəyişdiyi digər hallarda qəyyumluq və himayə orqanları valideyn himayəsindən məhrum uşaqlar haqqında məlumatlarda dəyişikliklərin edilməsi məqsədi ilə son məlumatları Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə verirlər. [7]

 1.9. Uşağın ümumi uçota götürülməsi tarixi uşaq haqqında məlumatların valideyn himayəsindən məhrum olan uşaqların ümumi uçot kitabına salındığı tarix sayılır.

Valideyn himayəsindən məhrum olan uşaqların və övladlığa götürülən uşaqların ümumi uçot kitablarının forması Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyən olunur. [8]

III. ÖVLADLIĞA GÖTÜRÜLƏN UŞAQLARIN UÇOT QAYDALARI

 2.1. Övladlığa götürülən uşaqların ilkin uçotunu övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinə əsasən yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları, mərkəzləşdirilmiş uçotunu 3 yaşına qədər uşaqlar üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı uşaqlar üzrə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ümumi uçotunu isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir. [9]

 2.2. Övladlığa götürülən uşaqların ilkin uçotunu uşağın faktiki olduğu yerin qəyyumluq və himayə orqanları həyata keçirirlər.

 2.3. Qəyyumluq və himayə orqanları övladlığa götürülən uşaqlar haqqında məlumatları övladlığa götürülən uşaqların ilkin uçot kitabında qeyd edir. Övladlığa götürülən uşaqların ilkin uçot kitabının hər səhifəsi eyni formalı (4 nömrəli əlavə) iki hissədən ibarətdir. Forma Qəyyumluq və himayə orqanları tərəfindən doldurulduqdan sonra ikinci hissə kəsilərək mərkəzləşdirilmiş uçota alınmaq üçün müvafiq olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, ümumi uçota alınması üçün isə həmin hissənin surəti Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərilir. [10]

 2.4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qəyyumluq və himayə orqanlarından daxil olan məlumatları forması 5 nömrəli əlavədə müəyyən edilmiş övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş uçot kitabında qeyd edirlər, ümumi uçota alınmaq üçün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edirlər.

2.5. Məhkəmə övladlığa götürməni etibarsız hesab etdikdə, övladlığa götürmə məhkəmə tərəfindən ləğv edildikdə, qəyyumluq və himayə orqanları mərkəzləşdirilmiş uçot məlumatlarında dəyişikliklər edilməsi məqsədi ilə son məlumatları Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərirlər və bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verirlər. [11]

IV. UŞAQLARI ÖVLADLIĞA GÖTÜRMƏYİ ARZU EDƏN ŞƏXSLƏRİN UÇOT QAYDASI VƏ AZƏRBAYCAN RESPUBLİKASININ VƏTƏNDAŞI OLAN UŞAQLARIN ÖVLADLIĞA GÖTÜRÜLMƏSİNİ ARZU EDƏN ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN UÇOT QAYDASI

 3.1. Uşaqları övladlığa götürməyi arzu edən Azərbaycan Respublikası vətəndaşlarının uçotu onların yaşadığı yerin qəyyumluq və himayə orqanı tərəfindən aparılır.

 3.2. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılır.

 3.3. Uşaqları övladlığa götürməyi arzu edən şəxs (şəxslər) uçota götürülmə üçün ərizə ilə birlikdə aşağıdakılar barədə məlumatları və sənədləri təqdim etməlidirlər:

 şəxsiyyətini təsdiq edən sənədin surəti;

 qısa tərcümeyi-hal;

 övladlığa götürməyə imkan verməyən xəstəliyinin olmaması barədə tibbi arayış;

 ümumi səhhəti barədə tibbi arayış;

 yaşayış sahəsi barədə məlumat (yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiqləyən sənəd və s.);

 ailə vəziyyəti barədə məlumatlar (nikah haqqında şəhadətnamənin surəti, nikahın pozulması haqqında şəhadətnamənin surəti);

 iş yeri (vəzifəsi), əmək haqqı və başqa gəlirləri haqqında məlumat;

 övladlığa götürmək istədiyi uşağın xüsusi əlamətləri (yaşı, cinsi, gözlərinin rəngi və s.);

 3.4. Uşaqları övladlığa götürməyi arzu edən şəxsin (şəxslərin) uçota götürülmək üçün bu Qaydaların 3.3 bəndində qeyd olunanlar barədə təqdim etdikləri məlumatlar bir il müddətində etibarlıdır.

 3.5. Qəyyumluq və himayə orqanı, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi övladlığa götürmənin uşağın mənafeyinə uyğun olmasını öyrənmək məqsədi ilə uşaqları övladlığa götürməyi arzu edən şəxsdən (şəxslərdən) digər sənədləri və məlumatları tələb edə bilər.

 3.6. Qəyyumluq və himayə orqanı, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqları övladlığa götürməyi arzu edən şəxsin (şəxslərin) adını uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot kitabına (əlavə olunur) salmaqla uçota götürür. [12]

“Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot

Qaydaları, uşaqları övladlığa götürməyi arzu Edən şəxslərin uçot Qaydası və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydası

1 nömrəli ƏLAVƏ

  VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARIN İLKİN UÇOT KİTABI

 _____________________________________________________qəyyumluq və himayə orqanı

(respublika, şəhər, rayon)

 

Uşağın qəbul olunma tarixi Uşağın uçota götürülmə tarixi Uşağın soyadı, adı, atasının adı Uşağın doğum tarixi Uşağın təlim-tərbiyəsi və təhsili Valideynlər haqqında məlumat Uşağın yaşayış yeri (ünvanı) dəqiq göstərilməklə Uşağın yerləşdirilməsi növü və yerləşdirilmədən sonrakı yaşayış yeri (ünvan dəqiq göstərilməklə) Uşağın yerləşdirilməsi tarixi Uşağın yerləşdirilməsi tarixi əlavə məlumatlar
1 2 3 4 5 6 7 8 9 10 11 12

Valideyn himayəsindən məhrum olan

və övladlığa götürülən uşaqların uçot

Qaydaları, uşaqları övladlığa götürməyi arzu

Edən şəxslərin uçot Qaydası və Azərbaycan

Respublikasının vətəndaşı olan uşaqların

övladlığa götürülməsini arzu edən əcnəbilərin

və vətəndaşlığı olmayan şəxslərin

uçot Qaydası

 

2 nömrəli ƏLAVƏ

 

VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARIN MƏLUMAT VƏRƏQƏSİ

 

№ ____”___”________20 ___il

Nüsxə №____

 

 

Uşağın fotoşəkili

_________________________________________________________________________

(respublika, rayon, şəhər)

_________________________________________________________________________

(qəyyumluq və himayə orqanları)

Uçot tarixi_________________________________________________________________

(il, ay, gün)

Uşaq haqqında ___________________________________________________________________

məlumat                                                       (soyadı, adı, atasının adı)

Cinsi _________doğum tarixi _______________________________________________________

Doğulduğu yer___________________________________________________________________

(respublika, rayon, şəhər)

Doğum haqqında şəhadətnamə:

Nömrəsi__________ seriyası______________________ verilmə tarixi______________________

_________________________________________________________________________________

(valideyn himayəsindən məhrum olmanın forması)

Xüsusi əlamətlər__________________________________________________________________

(boyu, çəkisi, gözlərin rəngi, saçların rəngi)

Yaşayış yeri_______________________________________________________________________

Səhhəti haqqında tibbi rəy________________________________________________________________

Valideynlər haqqında məlumat_______________________________________________________

Anası____________________________________________________________________________

(soyadı, adı, atasının adı, doğum tarixi, milliyyəti, iş yeri (vəzifəsi), səhhəti haqqında məlumatlar)

________________________________________________________________________________

Daimi yaşayış yeri________________________________________________________________

Atası___________________________________________________________________________

(soyadı, adı, atasının adı, doğum tarixi, milliyyəti, iş yeri (vəzifəsi), səhhəti haqqında məlumatlar)

________________________________________________________________________________

Daimi yaşayış yeri_________________________________________________________________

 

Bacılar, qardaşlar və başqa qohumlar_____________________________________________________________________

(soyadı, adı, atasının adı, yaşayış yeri və digər məlumat)

_______________________________________________________________________________________________

_______________________________________________________________________________________________

________________________________________________________________________________________________

Uşağı ailəyə tərbiyəyə vermək üçün əsaslar____________________________________________

_______________________________________________________________________________

(ölüm haqqında şəhadətnamə, uşağın atılması haqqında akt, valideynlərin hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qərarı )

Əlavə məlumatlar_________________________________________________________________

_______________________________________________________________________________

_______________________________________________________________________________

şəhər, rayon icra hakimiyyətlərinin

qəyyumluq və himayə orqanlarının

vəzifəli şəxsi___________________________________________________________________

(soyadı, adı, atasının adı, imza)

“Valideyn himayəsindən məhrum olan

və övladlığa götürülən uşaqların uçot

Qaydaları, uşaqları övladlığa götürməyi arzu

Edən şəxslərin uçot Qaydası və Azərbaycan

Respublikasının vətəndaşı olan uşaqların

övladlığa götürülməsini arzu edən əcnəbilərin

və vətəndaşlığı olmayan şəxslərin

uçot Qaydası

 

3 nömrəli ƏLAVƏ

 

VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARIN MƏRKƏZLƏŞDİRİLMİŞ UÇOT KİTABI

 

 

_____________________________________________________________________________________

Valideyn himayəsindən məhrum olan uşaqların mərkəzləşdirilmiş uçotu

_______________________________________________________________________________________________________

aparan orqan

 

Uşağın ilkin uçota götürülməsini aparan qəyyumluq və himayə orqanı Uşağın ilkin uçota götürülmə tarixi Uşağın məlumat vərəqəsinin nömrəsi və tarixi Uşağın soyadı, adı, atasının adı Uşağın doğum tarixi və doğulduğu yer Uşağın valideynləri haqqında məlumat Uşağın yaşayış yeri (ünvanı dəqiq göstərilməklə) Uşağın mərkəzləşdirilmiş uçota götürülmə tarixi Əlavə məlumatlar
1 2 3 4 5 6 7 8 9 10

“Valideyn himayəsindən məhrum olan

və övladlığa götürülən uşaqların uçot

Qaydaları, uşaqları övladlığa götürməyi arzu

Edən şəxslərin uçot Qaydası və Azərbaycan

Respublikasının vətəndaşı olan uşaqların

övladlığa götürülməsini arzu edən əcnəbilərin

və vətəndaşlığı olmayan şəxslərin

uçot Qaydası

4 nömrəli ƏLAVƏ

 

ÖVLADLIĞA GÖTÜRÜLƏN UŞAQLARIN İLKİN UÇOT KİTABI

 

№ ____”___”________ 20 ___il

Nüsxə №____

ÖvladlIğa Götürülən Uşaq HaqqInda Məlumat

 

övladlığa götürülməzdən əvvəl                                             övladlığa götürüləndən sonra

1. Soyadı  
2. Adı  
3. Atasının adı  
4. Doğulduğu vaxt “___”_____________ il  
5. Doğulduğu yer:

Respublika (ölkə)______________________

Rayon (şəhər), qəsəbə, kənd _____________________

Doğum haqqında akt qeydinin tarixi

Və nömrəsi: “____” _________________ il

Akt qeydi№______________________________

 
Övladın götürən kişi

haqqında məlumat

Övladın götürən qadın

haqqında məlumat

6. Soyadı  
7. Adı  
8. Atasının adı  
9. Milliyyəti  
10. Daimi yaşadığı

Yer (ünvan

dəqiq göstərilir)

 

respublika (ölkə)____________

__________________________

rayon (şəhər)Ş qəsəbə, kənd

__________________________

küçə, bina, mənzil___________

respublika (ölkə)________________rayon (şəhər), qəsəbə, kənd__________________________

küçə, bina, mənzil___________

11. Övladlığa götürmə barədə_______ rayon (şəhər) məhkəməsinin “______”________________________il

tarixli, _____nömrəli qətnaməsi

12. Övladlığa götürənlərin imzası___________________________________________________________
13. Övladlığa götürülmə haqqında şəhadətnamə __________________________tərəfindən verilmişdir:

(Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsi)[13]

 

seriyası _______________№_________________

14. Qeyd üçün

Şəhər, rayon icra hakimiyyətinin

Qəyyumluq və himayə orqanının

Vəzifəli şəxsə______________________________________________________________

(soyadı, adı, atasının adı, imzası)

“Valideyn himayəsindən məhrum olan

və övladlığa götürülən uşaqların uçot

Qaydaları, uşaqları övladlığa götürməyi arzu

Edən şəxslərin uçot Qaydası və Azərbaycan

Respublikasının vətəndaşı olan uşaqların

övladlığa götürülməsini arzu edən əcnəbilərin

və vətəndaşlığı olmayan şəxslərin

uçot Qaydası

5 nömrəli ƏLAVƏ

 

ÖVLADLIĞA GÖTÜRÜLƏN UŞAQLARIN MƏRKƏZLƏŞDİRİLMİŞ UÇOT KİTABI

 

_____________________________________________________________________________________

Valideyn himayəsindən məhrum olan uşaqların mərkəzləşdirilmiş uçotunu

_____________________________________________________________________________________

aparan orqanı

 

Övladlığa götürülən uşaq haqqında məlumat

 

övladlığa götürülməzdən əvvəl

 

1. Soyadı  
2. Adı  
3. Atasının adı  
4. Doğulduğu vaxt “___”____________ il  
5. Doğulduğu yer:

respublika (ölkə)________________________

rayon (şəhər), qəsəbə, kənd________________

Doğum haqqında akt qeydinin tarixi

və nömrəsi: “___” _____________________il

akt qeydi №___________________________

 
Övladlığı götürən kişi

haqqında məlumat

Övladlığı götürən qadın

haqqında məlumat

6. Soyadı  
7. Adı  
8. Atasının adı  
9. Milliyyəti  
10. Daimi yaşadığı

Yer (ünvan dəqiq  göstərilir)

respublika(ölkə)_____

___________________

rayon (şəhər), qəsəbə kənd_______________

küçə, bina, mənzil_______________

 

respublika(ölkə)___________________________

rayon (şəhər), qəsəbə kənd___________________

küçə, bina, mənzil__________________________

11. Övladlığa götürmə  barədə_________ rayon (şəhər) məhkəməsinin “_____” ___________il

tarixli,_____ nömrəli qətnaməsi

12. Övladlığa götürənlərin imzası
13. Övladlığa götürülmə haqqında şəhadətnamə ____________________________tərəfindən verilmişdir:                                                   (Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsi)[14]

 

Seriya_______________№____________________

   
14. Övladlığa götürülənin ilkin uçotunu aparan Qəyyumluq və himayə orqanı  
15. Övladlığa götürülənin ilkin uçota alınma tarixi  
16. Övladlığa götürülənin mərkəzləşdirilmiş uçota alınma tarixi  
17.                                                                 Qeyd üçün

 

 

Uşaqları övladlığa götürməyi arzu edən şəxslərin

Uçotu Qaydası və Azərbaycan Respublikasının

vətəndaşı olan uşaqların  övladlığa götürülməsini

arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan

şəxslərin uçot Qaydasına

ƏLAVƏ

 

 

UŞAQLARIN  ÖVLADLIĞA GÖTÜRÜLMƏYİ ARZU EDƏN ŞƏXSİN

(ŞƏXSLƏRİN) UÇOT KİTABI

 

№ _______”_____” ____20___ il

_____________________________________________________________________________________

Uşaqları övladlığa götürməyi arzu edən şəxsin (şəxslərin)

_____________________________________________________________________________________

uçotunu aparan orqan

Uçot tarixi___________________________________________________________________________

(il, ay, gün)

Şəxs (şəxslər) haqqında məlumat__________________________________________________________________________

(soyadı, adı, atasının adı)

Cinsi______________________________ doğum tarixi_____________________________________

Doğulduğu yer ______________________________________________________________________

(respublika, şəhər, rayon, qəsəbə, kənd)

_____________________________________________________________________________________

(il, ay, gün)

Şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumat:

Nömrəsi______________ seriyası_______________________ verilmə tarixi “____”_____________il

Daimi yaşayan yeri___________________________________________________________________

Əlavə məlumat ______________________________________________________________________

 

Şəxsin (şəxslərin) uçota götürülmək üçün təqdim etdiyi sənədlər haqqında məlumat:

  1. ______________________________________________________________________________
  2. ______________________________________________________________________________
  3. ______________________________________________________________________________
  4. ______________________________________________________________________________
  5. ______________________________________________________________________________

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 14 oktyabr 2006-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902)
  2. 15 may 2007-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 546)
  3. 11 mart 2014-cü il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 16 mart 2014-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 03, maddə 302)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 11 mart 2014-cü il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 16 mart 2014-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 03, maddə 302) ilə yeni məzmunda 1-1-ci hissə əlavə edilmişdir.

[2] 15 may 2007-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 546) ilə I bölmədən “mərkəzləşdirilmiş” sözləri çıxarılmışdır.

[3]  15 may 2007-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 546) ilə 1.1-ci bənddə “Təhsil Nazirliyi” sözlərindən sonra “, ümumi uçotunu isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri əlavə edilmişdir

[4] 15 may 2007-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 546) ilə 1.3-cü bənddə “malik” sözündən sonra “doğum evləri” sözləri əlavə edilmişdir.

[5] 15 may 2007-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 546) ilə 1.6-cı bəndin birinci cümləsində “Səhiyyə Nazirliyinə” sözlərindən sonra “, ümumi uçota alınması üçün isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə” sözləri əlavə edilmişdir.

[6] 15 may 2007-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 546) ilə 1.7-ci bəndin birinci cümləsində və 2.4-cü bənddə “kitabında qeyd edirlər” sözlərindən sonra “, ümumi uçota alınmaq üçün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edirlər” sözləri əlavə edilmişdir.

[7] 15 may 2007-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 546) ilə 1.8-ci bənddə “və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə” sözləri “, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə” sözləri ilə əvəz edilmişdir.

[8] 15 may 2007-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 546) ilə 1.9-cu bənddə “mərkəzləşdirilmiş” sözü hər iki halda “ümumi” sözü ilə, “reyestr” sözü “uçot” sözü ilə əvəz edilmişdir və həmin bəndə ikinci abzas əlavə edilmişdir.

[9] 15 may 2007-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 546) ilə  2.1-ci bənddə “Təhsil Nazirliyi” sözlərindən sonra “, ümumi uçotunu isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri əlavə edilmişdir.

[10] 15 may 2007-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 546) ilə 2.3-cü bəndin üçüncü cümləsində “Səhiyyə Nazirliyinə” sözlərindən sonra “, ümumi uçota alınması üçün isə həmin hissənin surəti Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə” sözləri əlavə edilmişdir.

[11] 15 may 2007-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 546) ilə 2.5-ci bənddə “göndərirlər” sözündən sonra “və bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verirlər” sözləri əlavə edilmişdir.

[12] 15 may 2007-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 546) ilə 3.2-ci, 3.5-ci və 3.6-cı bəndlərdə “Xarici İşlər Nazirliyi” sözləri “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

[13] 14 oktyabr 2006-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902) ilə 4 nömrəli əlavənin 13-cü bəndində “(VVADQ orqanı)” sözləri “(Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsi)” sözləri ilə əvəz edilmişdir.

[14] 14 oktyabr 2006-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902) ilə  5 nömrəli əlavənin 13-cü bəndində “(VVADQ orqanı)” sözləri “(Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsi)” sözləri ilə əvəz edilmişdir.