Xətai Rayon Məhkəməsinə Borclu: Vəlicanov Ağabala Vəlican oğlu “avtomobilin üzərindən həbsin götürülməsi barədə” ƏRİZƏ

Paylaşın

Xətai Rayon Məhkəməsinə

 

Borclu: Vəlicanov Ağabala Vəlican oğlu

Ünvanı: Bakı şəh., Xudu Məmmədov küç., ev-20, mən.-36

Faktiki olduğu yer: Həsənoğu kuç., korpus 7, ev 12, mən 7/8

Əlaqə tel.: (012) 567-46-62, (050) 200-66-10

XAHİŞ: “avtomobilin üzərindən həbsin götürülməsi barədə”

 

ƏRİZƏ

 

Möhtərəm hakim!

İddiaçı Vəlicanova Samirə Səməndər qızının mənə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” barədə iddiası üzrə qəbul edilmiş Xətai rayon Məhkəməsinin 16 mart 2012-ci il tarixli 2(011)-567/2012 saylı qətnaməsi ilə mənim mülkiyyətimdə olan “Mersedes-200” markalı  10-OS-448 dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissə Vəlicanova Samirə Səməndər qızının və ½ hissə mənim paylarım müəyyən olunmuşdur.

Daha sonra Vəlicanova Samirə Səməndər qızının iddiası əsasında Xətai rayon Məhkəməsinin 2(011)-279/2013 saylı 08 yanvar 2013-cü il tarixli qətnaməsi ilə həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş məbləğin yarısının Vəlicanova Samirə Səməndər qızına verilməsi qət edilmişdir.

Xətai rayon Məhkəməsinin 2(011)-567/2012 saylı, 23 fevral 2012-ci il tarixli qərardadı ilə mənim mülkiyyətimdə olan “Mersedes-200” markalı  10-OS-448 dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulmuşdur.

Nəzərinizə çatdırım ki, mən qeyd edilən avtomobilin ½ hissəsinin dəyəri olan 2000 (iki min) ABŞ dolları məbləğini tələbkar Vəlicanova Samirə Səməndər qızına ödəmişəm. Bu barədə 22 aprel 2013-cü il tarixli Qəbz tərtib edilmiş və tərəfimizdən imzalanmışdır. Buna görə də, avtomobilin üzərində həbsin saxlanılması zərurəti də aradan qalxmışdır.

Onu da qeyd edim ki, tələbkar Vəlicanova Samirə Səməndər qızı Xətai rayon Məhkəməsinin 2(011)-279/2013 saylı 08 yanvar 2013-cü il tarixli qətnaməsinin icra edilməsi ilə əlaqədar olaraq, Sabunçu rayon İcra Şöbəsində olan İcra icraatına xitam verilməsi barəd ərizə ilə Sabunçu rayon İcra Şöbəsinə müraciət etmişdir.

Yuxarıda qeyd edilənlərə əsasən,

 

XAHİŞ EDİRƏM:

 

Mənim mülkiyyətimdə olan “Mersedes-200” markalı  10-OS-448 dövlət qeydiyyat nişanlı avtomobilinin üzərindən həbsi götürülməsi barədə qərardad qəbul edəsiniz.

Qoşma: – Ərizənin surəti,

                – Dövlət rüsumunu ödənilməsi haqqında qəbz,

     – 22 aprel 2013-cü il tarixli Qəbzin surəti,

     – Sabunçu rayon İcra Şöbəsinə təqdim edilmiş ərizəni surəti.

10 may 2013-cü il

                                     İmza:                                    / A.V.Vəlicanov /

Əvəzindən imza etdi

              Nümayəndə:                                            / Q.C.Məmmədov /

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir